Bafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.Bu rəngilə nəqş ruyi-karə,Vermiş qılub orduni şümarə.Kim ol güli-növbəhari-xubi,Başdan ayağa əyari-xubi.Ol gövhəri-kani-mülki-şeşdər,Yə’ni Vərqayi-vəslpərvər.

Hər vəqt ona şövq edərdi tüğyan,Gülşa evinə olub xüramanTəqribilə yarını görərdiQəm rəxnəsini durub urərdi.Salub ələ saqivü şərabınTə’mir edər ol dili-xərabın.Bir gün gəlüb ol təriqi-mə’hud,Şayəd görə yarın ola xoşnud.Gördü yüzə bağlu babi-ümmid,Nə nuri-qəmər, nə zöv’i xurşid.Şəm’i şəbi-vəsl qayib olmuş,Xəsfi-qəmərü kəvakib olmuş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets