Bu, şəbrov hiyləsi, Vərqa xilasi, qətli-Əntərdür
Şah ol gecə girmədi hisarə,Ordu ilə qondu bir kənarə.Xatir məhzun o mübtəladən,Vərqayə o gün olan cəfadən.
Xərc olmağı nəqdi-e’tibari,Rəf’ eylədi rahətü qərari.Keçdi gecədən bir-iki saət,Yüz vermədi fikrdən fərağət.Axırda xəyalə saldı xosrov,Gər qoysa qədəm bu rahə şəbrov.Şayəd ki, ola girehgüşayi.Vərqayi-həzin bula rəhayi.Şəbrov dediyi o kamkarın,Sər əyyarı idi ol diyarınƏyyar demə bəlayi-dövran,Əmr ilə səfər qılub firavan.Hər nayibeyi-qəmü bəladə,Həmsəng idi əmrə bilziyadə.Ol müdxilə ru verəndə müşkil.Andan açar idi üqdeyi-dil.Az kimsə o rahə eylədi dov,Kim olmadı süftə guşi-şəbrov.Bir-iki gün idi kim səfərdən,Gəlmişdi o seyri-bəhrü bərdən.Qafil idi şəh düşən bəladən,Şərməndə idi o macəradən.Çağırdı pəs ona söylədi dərd,Təşrifilə qıldı cümlədin fərd.Dedi ona: ey əyar pişə,Bu dövlətə yarsən həmişə.Çün sə’yinə yoxdurur nəhayət,Ol sə’yi dur eyləgil riayət.İmdadın ilə çox iztirarım,Rəf oldu düzüldü karü barım.İnsaf ola gər bu narəvadur,Həqqa ki, mürüvvətə xətadur.Vərqa ola düşmənin əsiri.Boynunda o qüli-nagüziri.Mən pəhn edübən bisati-rahət,Asudə olub qılam fəpağət.Gördün məni ol cəvani-novzad,Nə dənglü bəladən etdi azad.
Yaxşımıdur etməmək təlafi,Salmaq yüzə pərdeyi-məafi.Təqsirinə üzrdür pənahın,Əfv eylədi maməzanı şahın.Qoygil bu gecə qədəm miyanə,Bənd olma bu yalda başü canə.Ola sənə tale edə yari,Varub bulasan o dilfigari,Gər qurtarasan anı bəladən,Ərbab olasan bu gün ətadən.Yarlığ yazulub verildi ən’am,Yetdi ona ol nəviddən kam.Əl qoydu gözə, yer öpdü şəbrov,Qıldı anı ol əta səbükrov.Keyvan kimi düzdü dəstgahi,Geydi tənə kisvəti-sipahi.Əyyarlığa nədür zərurət,Ol və’z ilə durdu düzdü surət.Pünhani bəla dək ol dilavər,Dutdu yüzə rahi-qövmi Əntər.İşrət gecəsi tək oldu kutah,Ta göz açasan məsafəti-rah.Orduyi-əduyə girdi ol tiz,Çün bəriqeyi-əcəl bəlariz.Pünhan-pünhan çü badi-şəbgir,Çadır-çadır gəzərdi ol şir.İqbali-şəh eyləyüb dəlili,Göstərdi təbibə ol əlili.Bir fövcə yetişdi oldu agahOl halə içində bağludur mah.Açmışlar o mahə bu şümarə,Ayineyi-didə çün sitarə.Girmək ol arayə əmri-müşkil,Fürsət ötər eyləmək təğafil.Hər hiyləyə oldu danişi yar,Bulmadı o şüğlə çalişi, bar.Bilməzdi o dərdə rahi-dərman,Heyran-heyran gəzərdi hər yan.
Cuyan-cuyan, əlaci-kari,Ta mətbəxə düşdü rəhgüzari.Gördü təbbax ətək miyanə,Çalmış düzə tö’meyi-şəbanə.Fikr ilə əlacə buldu fürsət,Təbbax sifət düzəltdi kisvət.Yetirdü özün ona nəhani,Anın dili ilə həmzəbani,Qıldı ona açuban hekayət,Əvvəl öz ağasidən şikayət.Dedi ona: ey mənimlə həmkiş.Ağa cevrindənəm cigərrişOldu bu gecə sənə gürizim,Rəhm eyləgil ey mənim əzizimYoxdur mənə ömr ilə fərağət,Ol şüğlə əlavədür bu afət.Bəd xülq durur biğayət ol mərdƏn’amı qəmu cəfa durur, dərd.Düşnamü səqət məvacibimdür,Hər gün şəllaq vacibimdür.Gər yaxşıvü gər yəman bişər aş,Padaş mənə ağac durur, daş.Yox zayiqəsi o meypərəstin,Dutsun anı ahi zirdəstin.Usciyə dək oddədur mədarım,Çün dik siyah ruzigarım.Nazir zəbti məni qoyub ac,Etmiş təbün tiyanə möhtac.Alur dügidən hesabi-danə,Hər danəsi cövrə bir bəhanə.Bu arədə bikəsü fəqirəm,Acizlikdən ona əsirəm.Yoxdur mənə bir müinü qəmxar,Heç kimsə mənim tək olmasın zar.Bu rəsmə qılub fəğanü zari,Yaş dökdü çü arizi-bəhari.Təbbaxın o şəxsə yandı canıAldı yanına o mihmanı.
Bir-birinə açdılar hekayət,Hər kim öz ağasidən şikayət.Şəbrov ani çünki qıldı ğafilAldandı bu alimə o cahil.Pünhan o tə’amə döndərüb ru.Qatdı ona bişüur daru.Meyl eylədi hər kim ol qəzayə,Saldı onu heyzeyi-bəlayə.Ol ərsədə zurdəsti-tədbir,Çün çəngi-əcəl olub gülugir.Əlqissə o xeyli-bəndxanə,Yaxdılar oda mətai-lanə.Çün şəm’ çəküb zəbanə şəbrov,Vərqa tərəfinə saldı pərtov.Gördü ki, o mübtəlayi-əğlal,Zindani-qəfəs içində çün Zal.Təprənməgə yoxdurur məcali,Əğlal ilə bağlu pərü bali.Səgritdi o cür’əti-səməndin,Sındurdi tilismü sökdü bəndin.Çəkdisə bir az məşəqqətü rənc,Gənci ələ saldı ol göhərsənc.Olduqda xilas bənddin şir,Ol məc’məə sundu cam şəmşir.Razi muna olmayub dilavər,Dutdu rəhi-bargahi-Əntər.Tiz ol aradan keçirdü sayə,Pa qoydu səbük hərəmsərayə.Ölmüş qəmu gördü pasibanlar,Gündüzdə cəfaçəkən cəvanlar.Ol müdbiri həm şərabi-idbar,Şur arturub eyləmiş nigunsar.Ləb təşnə yetişdi bustanə,Ol takdən üzdü hindivanə.Baş tapmada eyb yox o bəbrə,Əksər olur qəza hüjəbrəMəclis pozulub sınub sürahi,Uşandı səbu, döküldü rahi.
Verdi yelə ömri şahü şahid.Ahəstə pəs ol iki mücahidÇıxdılar o vərteyi-bəladən,Cəhd onlardan, zəfər xudadən.Həmduşduq eyləyüb nəsimə,Ta təb’i yetirdilər Səlimə.Şəbrov çü yetişdi bargahəOl fərqi buraxdı payi-şahə.Vərqa ələ düşdügü səlamət,Həm düşmənə yetdügü qəramət.Qıldı yenə növcəvan o piri,Sürx eylədi guneyi-zəririVərqa yer öpüb Səlim şahə,Məğrur əlindəki güvahə.Dedi ona: ey dün içrə mahım,Vey sayeyi-dövlətin pənahım.Gər zahir olursa mərgi-Əntər.Bir fikr özünə qılar o ləşkər.Yegdur qıla hal mövci-Ceyhun,Seylab duta fəzayi-hamun.Şəbgir edə ləşkəri-əduyə,Düşmən dura ta ki, cüstü cuyə,O ləşkəri bu sərü o sərdar,Yox olmağı lazım eylər əfkar.Qılduqda sitarə sər büləndi,Bu söz şəhin oldu dil pəsəndi.Durdu əyağə o bəhri-mövvac,Dutdu yüzə rahi-qətlü tarac.Ta göz açasan o seyli-hamun,Orduyi-əduyə urdu şəbxun.Baş qavzamağa kim oldu xürsənd,Verdi yelə sər hübab manənd.Bir cəm’ görüb o darügiri,Dutub rəhi-mənzili-əmiri.Gəldilərü oldular xəbərdar,Bisər yatur ol aradə sərdar.Etdi onların kəlafə başi,Sərsiz necə tən qılur səvaşi?!
Çox oldu ol azdin müşəvvəş,Min tudə səfinə bəs bir atəş.Çox tənləri qıldı bərqi-şəmşir,Çün cami-əcəl həyatdən sir.Xəncər durub etdi dəf’i-sovda,Çox sərləri qıldı nayibi-pa.Ol ərsədə qan çü abi-ərmən,Mahi tək içində nə’şi-düşmən.Bağlandı ədu əlü ayaği,Yuzineyi-çeşm axıtdı yaği.Künd eylədi tiği-xəsmi-idbar,Ursa nəmədə ox eyləməz kar.Uzatsa biri əlin kəməndə,Atmaqda özün salurdu bəndə.Urmaq diləyən birinə xəncər,Xəncər özünə urardı əksər.Bu səhl durur dönəndə dövlət,Yetir təni-filə murdən lət.Ruzi kimə oldu xani-hirman,Palud ola gəlbətini-dəndan.İqbal kimə açursa pəhlu,Zəhr ola məzaqə nuşdaru.Gər yüz verə bağbanə idbar,Bostanidə toxm gül verə xar.Hasil kimə nəkbət oldu puşiş,Nəf’ eyləməz ona dəxi kuşiş.Əhli-Yəmənin cəvanü piri,Alub ələ şiveyi-dəliri.Qayim qıldı tənabi-nüsrət,Ol rəzmdə sayibani-dövlət.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-sebrov-hiylesi-verqa-xilasi-qetli-enterdur
Use ← → keys to move, R for a random poem
More by this author
Çün şahə yetişdi gənci-məqsud,Mənzur olunub kəlami-mə’hud.
Bəyan eylər bu, Vərqa sərgüzəştin ovd qılmaqdaSaqi, məni aldı iştiyağım,Yıxdı qəmi-şiddəti-fəraqım.
Hiç kim, yarəb, mənə nisbət digərgun olmasınHiç kim, yarəb, mənə nisbət digərgun olmasın,Dil pərişan, sinə büryan, didə pürxun olmasın.
Budur, Vərqayə ol keydi-qəmərdən Sərvin əxbariƏfqan edüb ol sitəm rəsidə,Heç ruy ilə olmaz aramidə.
Poems by other poets
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
ÇarpaGet dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
Saqi, nə olubdur, məni yade getirməzSaqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.