Çarpa
Get dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.Mürği-Qaf ilə həmzəban olub,Dövrə qalxmağa balü per gərek [...]
Zülfu ənbərin, xalı nazənin,Qönçətək dəhan, qaşı cansitah,Şahi-gülrüxan, mahi-biqərin,Nəstərən kimi simber gərək.
Lalətək üzü al yanaq ola,Tazə gül kimi tər-buxaq ola,Ağ-ayaz üzü aydan ağ ola,Qaşları ona həm süpər gərək.
Həminan ola mehrü mah ilən,Hemzəban ola nuri nar ilen,Zülfi bəhs edə şahmar ilən,Genci-sinəsi pürgüher gərək [...]
Mən qılmayın çox da zahidi,Üzrii var onun, aşiq olmayıb,O əbəs yere xelq olunmayıb,Bağbanə bir kəlləxər gərək.
Ciddü cəhd qıl, arif ol, gözüm,Elmi-eşqdən olma binəsib,Cum bu bəhıə bir, tap o gövhəri,Aşiqəm deyən tərki-sər gəıək.
Rah pürxətər, bəxt vajgun,Zülfi-yar tək şəb siyahgun,İndi qeybdən XançobamnaNəxli-Turdən bir şərər gərək.
Hər xəsisə gəl etmə iltica,Olmaz özgədən hacətin ıəva,Müşkül açmağa şahi-lafəta,Əntər öldürən şirin-nər gərək.
Bu cavahirin yoxdu qiyməti,Açginən gözün, yaxşı seyr qıl,Hər biri dəyər Çin xəracına,Müftə vermərəm, simü zər gərək.
Bir gözəl cavan istərəm hamanKim, bu sözləri eyləsin rəvan,Hardadır desin bir şəkərzəbanKim, bu söz mənə hamı tər gərək.
Saqi, gəl məni cami-eşqdənBir kərəm qılıb öylə məst qıl,Ta desinlərxəlq lal oturmağa,Bu Nəbati tək bəxtəvər gərək.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulqasim-nebati-carpa
Use ← → keys to move, R for a random poem
More by this author
Səhər meyxanə ətrafın gəzirdim məstü bipərvaKi, gördüm onda nagəh bir əcayib surəti-ziba.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaNə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaKi, salsın bu gülüstanə genə bir şurişü qovğa.
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeydaDüşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Olu yarəb ki, düşə daməni-canan əlimə,Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Poems by other poets · Love
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
ماه بدر از روی خورشیدم حکایت میکندوین سخن در جان اهل دل سرایت میکند