Əldən aldun, ey fələk, nəqdi vüsali-yarımı,Eylədün ümman sirişki-çeşmi-gövhərbarımı.Ta göz açdım badə verdin xərməni-namusü nəng,Bixəbər zülm atəşin yaxdı mətai-arımı.Nola, ey bidadgər qılsan tərəhhüm halıma.Qəmlovam bu dünara yetür mənə qəmxarımıSurəti-halımnı qılgil cümləgi cananə ərz,Başın üçün, ey səba, görməkdə sən bazarımı.Demə oldum bivəfa dur tazə qılgil imtəhanAç vərəq bir-bir oxugil nüsxeyi-girdarımı.Hiddəti-düşmən ənisü şiddəti-bəndim cəlis,Ey bəgim, gəl üstümə görgil nədür azarımı,Dutsan iqrarın əgər, təmkin verəm əğyarına,Qoyman əldən çün Məsihi daməni-iqrarımı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets