Bəyan eylər bu söz Vərqa ilə Gülşa məqalatın
Gülşa dəx o rəmzidin xəbərdar,Ol ki, nə fikr eyləmiş yar.Od saldı o zarə atəşi-eşq,Göydü yenə ol müşəvvəşi-eşq.Bir nov ilə qıldı növhə bünyad,Guşi-fələgə yetişdi fəryad,Pəs aldı yanına dülrübasın,Yə’ni ki, o dərd mübtəlasın.Hər babdə qıldı dilrübayi,Ol əqdə içün girehgüşayi.
Heç söz anın olmadı qəbuli,Qıldı aciz o dilməluli.Dutardı şər e’tirazi-Gülşa,Rədd eylər idi o söznü Vərqa.Vərqa dedi: – Ey könül qərari,Əldin yelə eylə bu şikari.Əmma bu şəhi-firiştə girdar,Çox çəkmişdür bu yolda azar.Sərf etmiş o gəncü mali-aləm,Ta kim çəni qılmış öznə həmdəm.Duyduqda sənin bəlavü dərdin,Bu sineyi-gərmü ahi-sərdin.İnsaf olmuş anın dəlili,Timar ilə bəsləmiş əlili.Hərçənd ol eyləyə mürüvvət,Rövşən qıla məş’əli-fütüvvət.Söylə bumudur nişani-mərdi?Kim anlıya bu bəlavü dərdi,Bu cümləni eyləyə fəramuş,Olmaq diləyə səninlə həmduş.Tərk et həvəs, uyma gəl, məhalə,Salma özünü, məni vəbaləFe’lə gəlməz bu kam məndin,Dolmaz ol əlində cam məndin.Olsan sən əgər vəfadə qaim,Bu nəqd əlində qalsa daim,Ola mən ilə sənin vüsalın,Bu xahişi-şövqi-ittisalın.Ol gün ki, qiyam ola qiyamət,Sadiqlərə yetməyə qəramət,Ol gün məni sən vüsali-cavid,Bu də’viyə yaxşı bağla ümmid.Çün məks ilə bitməz ehtiyacım,Yox getməməgimdə həm əlacım.Bir neçə gün ol xəyalə qaneBu getməməgə gəl olma mane.Hərçənd verür şəh istimalət,Artır mən dəmbədəm xəcalət.
Zahirdə əgərci dur səndin,Oldum kəsübən hüzur səndin.Tən gər gedər isə mundadur can,Verəm sənə cani saxla mehman.Zinhar ki, saxla əl qəribi,Qoyma dələ xar əndəlibi.Kar eylədi dərd o dilfigarə,Bu şe’ri oxudu anda yarə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-beyan-eyler-bu-soz-verqa-ile-gulsa-meqalatin
Use ← → keys to move, R for a random poem
More by this author
Ol bülbüli-baği-hicrü külfət,Dil bəsteyi-şaxsari-ülfət,
Bu, Vərqayi-həzinin naməsidir canibi-yarəÜnvani-kəlamə düzdü rövnəq,Yazdı ona nami-namiyi-həq.
Cəvabi-namədir bu, canibi-Gülşai-məhzundanTuğrayi-səhifə nami-bari,Canım ola adının nisari.
Bu, Vərqa dayəsinin dərdədir tədbiri-dərmanıDayə baxuban o dilfigarə.Heyran oldu o karü barə.
Poems by other poets
Aləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Böhtan yazılıbdırBu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.