Bu, Vərqa qıldığıdur həm özü-öz dərdinə çarə
Ol bülbüli-baği-hicrü külfət,Dil bəsteyi-şaxsari-ülfət,Zahir dutuban təriqi-nazi,Pünhan qılub atəşi-niyazi,Yüz burdi o xaneyi-əmudin,Döndərdi təriq o cüstü cudin.Yar oldu ona xəyali-yari,Keçər o xəyal ilə mədari.Likən bilməzdi ol müşəvvəş,Ol xərmənə kim buraxdı atəş.Aya, bu nəticə yardandür?Ya bülbülə cövr xardandür?!Bir gün ona əql edub dəlili,Sərmənzilə yetirüb zəlili,Dedi pəs ona ki, narəvadür,Məchul işə qəm yemək xətadür.Dutgil yüzə rahi-imtəhani,Təhqiqə yetürgilən gümani.Gər yarda durur təriqi-sabiq,Bu qəmdə durur sənə müvafiq.Bil minnətü çəkgilən cəfasın,Ta ömr ola hicrinin bəlasın.Vər dutmuş ola rəhi-xilafi,Qalmamış ola əvəlki lafi.Necə yaxa canı nari-hirman,Bu bağdə gül durur firavan.
Dil verməgi yari-bivəfayə,Salmaqdür özü əbəs cəfayə.Tə’limi-dəbiri-əql tə’sir,Qıldı ona, saldı yenlə təşvir.Fikr eylədi yazə yarə məktub,Ta zahir ola xəyali-mətlub.Aldı ələ xameyi-göhərsənc,Ol tişə ilən əyan edüb gənc.Ahuyi-xəta gəlüb xüramə,Ol ərsədə müşk saçdı kamə.Cananına ərz qıldı halın,İzhar edübən qəmü məlalın.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-verqa-qildigidur-hem-ozu-oz-derdine-care
Use ← → keys to move, R for a random poem
More by this author
Əfsun oxudu sipəhri-dəvvar,Ta tişrəyə saldı möhrəsin mar.
Bu, dutmaq Əntəri dördünci rəzmi-pəhləvandürVerdi dögübən şükufəsin zud,Narinci-tər ol nihali-məqsud.
Bu, sülh etməgidür şahilə ol qövmi-pərişanınHər söz dedilər vəziri-Əntər,Rədd eylədi cümləni sərasər.
Budur, Vərqa alub xalusini ol Əntəri verməkKeçdi gecə, sübh oldu tale’Dərban açdı dəri-məsafe’
Poems by other poets · Love
Qamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Gözəl dərdMəhəbbətdə taleyin öz nuru var,Gözəl arzu, saf niyyətdi məhəbbət,
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,