Verdi dögübən şükufəsin zud,Narinci-tər ol nihali-məqsud.Vərqa durub eylədi nəmazın,Atlandı geyüb silahü sazın.Açdurdi durub dəri-həsari,İqbal rəfiqü bəxt yari.Başına qülüv qılub sipahi,Əncüm tək alub arayə mahi.Çün yetdi məhəllikarzarə,Ol darlara qılub nəzarə,Ahəngini gördü, duydu saziGizlü dedi Asəfə bu razi.Ol fikrdən oldular müşəvvəş,Nagah çəkə zəbanə atəş.Yandura o həmlə cismü cani,Göydürə zəmin ilə zəmani.Nə sud qılur dəxi təhəvvür,Yox faidə kim yeyə təhəssür.Bu rayə qərar ol iki yar,Verdi ki, əgər bulunsa asar,Ol vaqiədin durub təmami,Yekdil qılalar hücumi-ami.Şayəd ola dəf’ şərri-ə’da,Rövşən ola dideyi-əhibba.Vərqa yetib etdi zül himari,Ta bəkliyə mənfəzi-həsari.Həyca günü ol yəli-tənumənd,Mərrixə kəmənd edər gəlubənd.Şiri-fələkə açanda bazu,Olmazdı onunla həmtərazu.On min igid özü aldı ol şah,Hər birisi bir bəlayi-nagah.Müştaqi-əcəl, həyatdin sir.Dutmuş qəmu mərgə rahi-şəbgir.

Tapşurdi vəzirə altı min ər,Ta kim ola püştbani-ləşkər.Bu işdə bular vəzirü Əntər.Dövründə qoşun-qoşun dilavər.Altmış iki mirü şah həmrah,Meydani-cidalə yetdi bədxah.Ta kim asa bunlari o darə,Şayəd gələ xəsm zinharə.Əntər özü dutdu bir kərani,Ta çoxunun ola pasibani.Çün seydinə yavuğ oldu ol şir,qalxan yüzə çəkdi, qapdı şəmşir.Göz bermədi, gözldəi vəziri;Şayəd ki, ələ sala əsiri.Yetdükdə sipahə ol sipəhbəd,Qıldı ol aradə cəddi-bihəd.Çün tənləri qıldı anda bisər,Çox sərlərdin buraxdı əfsər.Yetdi kimə zərbəti-şəmusi,Düşdü yerə qıldı paybusi,Gəh gürz çalardı, gah şəmşir,Gəh nizə urardı, gah atub tir.Hər fərqə açanda tiği sayə,Salurdu dili-zəminə vayə.Çün bərq edüb ol şərarə rizi.Yox çalmağü yıxmağın təmizi.Hər guşədə ol pələngi-kinə,Tapşurdi leş o qədər zəminə,Gər qabizi-ruh aça kitabın,Aciz qala itürə hesabın.Görməkdə o zuri-bazuyi-şah,Söylərdi zəmanə barəkallah.Gürdani-Yəmən durub cidalə,Ol gündə əl açdılar qətalə.Bir-birə qarışdı iki ləşkər,Başlar kəsilüb yıxıldı peykər.Avazeyi-al muni, ver ani,Kar eylədi guşi-asimani.

Çalındı dəvalə, təbli-bazə,Ol düşdü libasi-ehtirazə.İki tərəfin dühul sədasi,Geydürdi gögə libasi-yasi.Yanduqda ol atəşi-sitizə,Meyl eylədi afiyət gürizə.Can eylədi cismə sərgirani,Verdi yelə ömri rayigani.Saçıldı zəminə ol qədər xun,Hər guşədə zahir oldu Ceyhun.Ol aradə əsbi-mərdi-cəngi,Qan ləccəsinin olub nəhəngi.Muyinə sər anda eyləyüb gəşt,Gələ-gələ çü qənğəzi-dəşt.Qan içində tən məsabeyi-hut.Sənduqeyi-sinə mərgə tabut.Düşmən çü gördü ol hücumi,Bildi nədür il işin lüzumi.Arayə olub Səlim şahi,Çün halə hisar edüb o mahi.Cəhd eylədi ləşkərivü Vərqa,Şayəd açıla güli-təmənna.Bər vermədi nəxli-xahişi-dil,Açılmədi sə’yə babi-müşkil.Çəkdilər əgərçi çox şikəncə,Əl qoymadı yetə mar gəncə.Liykən o gün ol əmirlərdən,Düşmən içidə əsirlərdən,Düşdü ələ yarusu ziyadə,Ol guşişi-ərseyi-bəladə.Çün illəti-qayeyi-sitizə,Göstərmədi rüx o tündxizə.Qət’ etdi qəmudən iltifati,Əntər tərəfinə sürdü ati.Beş min igit eyləyüb qəfadar,Qafil durmuş o xəsmi-xunxar.Tip içidə eyləyüb təmaşa,Nagah ona yetişdi Vərqa.

Bir həmlədə dağıdub güruhin,Verdi yelə xərməni-şükuhin.Çün bərgi-çinar o badi-sərsər,Ol məcməi qıldı xakə həmsər.Ta xəsm olunca anda agah,Bağlandı ona əlacdən rah.Naçar dutub rəhi-sitizə,Qalxan başa çəkdi, qapdı nizə.Bir həmlədə on səkkiz dilavər,Saldı yerə sıçradub təkavər.Bu rəsmə məsaf edərdi ol dəd,Ta kim ona yetdi bu süpəhbəd.Oldu yeriyüb o şiri-bazu,Ol ərsədə bəbrə həmtərazu.On zərbət ona yetürdü düşmən,Dəgşürmədi yer o kuhi-ahən.Bu urdu əmud, o dutdu qalxan,Ol pütkzənü bu oldu sindan.Vərqayə o tünbadi-sövlət,Göz açmağa verməz oldu möhlət,Axir Vərqa bulub muradi,Xürd oldu rəvan əmudi-adi.Ol gəbr durub çəkincə şəmşir,Seyd etməgə düşdü fürsəti-şir.Əl urdu rəvan açub kəməndi,Atdı ona sıçradub səməndi,Tale, gəlüb etdi dəstgiri,Saldı şəri-damə ol şəriri.Dutdu o üqab pərrü balın.Qurtulmağa vermədi məcalın.Çün eylədi bu əziz anı xar,Düşdü yerə lailac o murdar.Əl bəndə salub, gəlu kəməndə,Gəcru fələk ani qıldı bəndə.Əntər olgəc əsiri-Vərqa,Qoydu yenə tazə rəsmi-qovğa.

Duydu qəmu ləşkərü sipahi,Dutuldu o Kişü Bəhr şahi.Yekdil qəmu düzdülər nəbərdə,Ta eyləyələr dəva o dərdə.Əhli-Yəmənin hücumi-ami,Püxtə araya alub o xami.Axşamə dəkin çalışdı düşmən,Məğlub ola şayəd ol təhəmtən.Qanlar tökülüb kəsildi çox sər,Olmadı ol arizu müyəssər.Başü leş ilə bəzəndi meydan,Meydan demə kani-lə’lü mərcan.Ta bəzmi buraxdı Xosrovi-ruz,Saldı suya məş’əli -cahansuz.Dinləmək içün qəfa məsafə,Döndərdü qılıc qoyub qilafə.Hər cəm’ dutub rəhi-mənazil,Asayişə fürsət oldu hasil.Vərqa quçi ilə xürrəmi şad,Eyş ilə rəfiqü qəmdin azad.Sərdari-ədu olub əsiri,Almış dəxi qırx iki əmiri.Ol gecə müxalifin sipahi,Urub yerə miğfərü külahi,Bir növ ilə durdular fəğanəYetişdi o nalə asimanə.Verüb yelə nəqdi-e’tibari,Bilməzlər idi məali-kari.Hər birisi batdı min xəyalə,Ta fikr edələr durub məalə,Zira əgər olmaz olsa sərdar,Zaye olur anda cümlə naçar.Durmağlarıda cəhat düşmən,Qaçmaqlarıda həzar rəhzən,Hər kimsə nədür salur xəyalə,Düzür anı rişteyi-məqalə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets