Bu, sülh etməgidür şahilə ol qövmi-pərişanın
Hər söz dedilər vəziri-Əntər,Rədd eylədi cümləni sərasər.Dedi: – Gətirün Səlim şahi,Olur çü bu kişvərin pənahi.Ol sərvərə eyləmək mədarə,Əlbəttə, qılar bu dərdə çarə.Bu söz qəmunun olub pəsəndi,Şəhdən götürüb o qıflbəndi.Filhal yetürdilər hüzurə,Ol sərvəri çəkdilər sürurə.Ol şahə vəzirü cümlə ləşkər,Üzr istədilər durub sərasər.Dedilər ona ki, ey cəhandar,Dövlət sənə qıldı, bizləri xar.Bəxt eylədi Əntəri əsirin,Biz cümlə bu gün sənin fəqirin.Çün yenlə səni götürdü dövran,Şükranəsinə gəl eylə ehsan.Başdan yerə qoy həvayi-inat,Ol yavuza yaxşı qıl mükafat.Andan sənə gərçi yetdi nöqsan,Yüz səncə ona yetişdi xüsran.Biz cümlə səninlə eylərüz əhd,Ta can ola əhdə eylərüz cəhd.Qılgil arada bu sülhi qayim,Ta rəf ola vəz’i-namülayim.Qılsan belə hər güruh əsirin,Dildarlıq eyləsin fəqirin.Bu sülh edə gər girehgüşayi,Sərdarımıza yetə rəhayi,Bizdən sənə yetməyə qəramət,Əldən qoyalum səni səlamət.Şahi alub olalum rəvanə,Ovd eyləyəlüm gələn məkanə.
Bu şərt ilə ta ki, ömrümüz var,Birdən-birə yetməyə bir azar.Açılmaya gər bu üqdi-müşkil,Zaye’olasan sənə nə hasil?Gər oldu isə bu söz qəbulun,Uca çıqub əxtəri-üqulun.Bu qövldə bizdən al vəsiqə,Tapşurgilən ani bir rəfiqə.Bizdən də bir ixtiyar, ey şah,Vacib ola anın ilə həmrah.Tə’kid bu sülhə qıl zəbani,Salgil yola tez o tərcümani.Göndər anı ləşkəri-həsarə,Mərhəm qoyuban dili-figarə.Şəh qıldı qəbul ol ehtizari,Bu nəhc ilə eylədi qərari.Yazıldı bu növ sülhnamə,Yetişdi möhür xasü amə.Xətm eylədi çünki xamə imla,Şəh həm o misalə çəkdi tüğra.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-sulh-etmegidur-sahile-ol-qovmi-perisanin
Use ← → keys to move, R for a random poem
More by this author
Ol məryəmi-xanigahi-hikmət,Novbadeyi-baği-əqlü fikrət.
Bu, Gülşai-həzinin şəm’birlə macərasıdürSöylərdi ki, ey güli-həqiqət,Vey hadiyi-Museyi-təriqət.
Bu, Gülşa açdığıdür dərd ilə pərvanəyə razVer ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Poems by other poets
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Məlikzadə və ŞahsənəmSövdayi-eşqdən istəsən xəbər,Mən edim hekayət, sən ol müstəhzər.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,