Bu, Gülşanın durur ona cavabı
Ol məryəmi-xanigahi-hikmət,Novbadeyi-baği-əqlü fikrət.Saldı yüzünə həya niqabın,Sövda sözüdin yumub kitabın,Çün görmədi ani məhrəmi-razAhəngi-müxalif etdi ağaz.Şəmşiri-kəlamə ab verdi,Anasına bəs cəvab verdi:– Key mə’dəni-cövhəri-həyatım,Vey məsdəri-siğeyi-sifatım.Ey ayineyi-vücudim anə,Vey sağəri-bəzmi-cudim anə,Həqqa ki, sözün qəmu göhərdür,Sər mənzili-xeyrə rahbərdür.Amma məni sən çü am bilmə,Zinhar ki, natəmam bilmə.Səndin bu hədis bəs əcəbdür,Bilmən bu kəlamə nə səbəbdür?!
Aya nə durur bu suzü dağın,Dolmuş nə xəyal ilə dəmağın.Gördün məni ya niçük səbükray,Oldum kimə de məhəbbət əfzay?!Gəl söylə mana ki, kim durur yar,Qıldum kimə de təəşşüq izhar.Vərqa ilə qılmaq aşinalıq,Vermək o çırağə rövşənalıq.Həqqa ki, degildi ixtiyari,İncitməgilən bu dilfigari.Ta sizdən olunmadı işarə,Mən gəlmədim aradə şümarə.Ol mə’dəni-nəngü mənbeyi-ar,Əğyar sifət degil səbükbar.Ta izn olunmasa ol ayə,Qoymaz qədəm ol hərəmsərayə.Zahir-batin o məh cəbini,Gördüm qəmu qövlü fe’l əmini.İnsan degil ol mələk şəmail,On məncə durur həyayə kamil.Ey aqilə sən, qıl imtəhani,Ta rəf ola zənni-bədgümani.Hala ki, səramədi-zəmandur.Həm dövlətü ömr ilə cəvandur.Vardur mana dəxi namünasib,Olmaq o cəvanilə müsahib.Minbə’d bizə bu iş xətadur,Bədnamlığa nə müddəadur.Mən munu bilürdüm abruliq,Göstərməsəm ona nikxuliq,Xəlq edə gümani-bəd qılub rəd,Xulqimni yəman, məzacimi bəd.Hala ki, bu şivə eyb imiş, eyb,İmdən gerü görsən anlagil reyb,Qoysam qədəm ər fəzayi-seyrə,Açsam nəzər ər cəmali-qeyrə,Qaşım tək ola qədim xəmidə,Müjkan ola xari-çeşmi-didə.
Dil versəm əgər dəxi həvayə,Ləb açsam əgər dəxi nəvayə,Dil dərd odunun kəbabı olsun,Ləb qəm sözünün kitabı olsun.Gər qazələsəm rüxi-üzari,Salsam ona zülfi-tabdari,Kəm olmuyə yüzdən əşki-gülnar,Hər zülf ola gərdənimdə bir mar.Gər sürməyə çeşmim etsə ahəng,Qaşım əgər olsa vəsmədin rəng,Mil çub ola gözə mili-kuri,Əbru ola tiği-can zəruri.Dutsam əgər əl dəxi hənayə,Xatir sala fərqü saçə sayə.Hər barmaq ola əzabə bir mar,Dəndaneyi-şanə ola münşar.Əncüm əgər etsəm ayə halə,Gər busə qılam ləbi-piyaləƏşkim ola yüzdə dürri-nəbım,Xuni-dil ağızdəki şərabım.Gər gərdənə bağlasam gəlubənd,Xüftanimə dügmə olsa peyvənd,Zünnar ola gərdənimdəki tar.Dügmə ola daği-sineyi-zar.Gər silsilə nəsb edəm cəmalə,Vər xal düzəm rüxi-xəyalə,Ol gərdənimə ola səlasil.Bəxtim üzünə o xal ola nil.Bilmən nədür anə müddəani?!Gördün bizə sən rəva cəfani.Dünya görənin söz ibtidasi.Bir özgə rəviş gərək ədasi.Töhmətzədəliq bizə sitəmdür,Bu nəqs sözün kəmali-qəmdür.Bu rəsmilə ol büti-səmənbər,Cəm eyləyüb od, dağıtdı əxgər.Bir tərz cəvabə verdi təzyin,Əql etdi ona həzar təhsin.
Durdu oradan pəs ol vəfadar,Məhzi od olub çü şö’leyi-nar.Lö’lö sifəti o dürri-ismət,Dutdu o hərəmsəradə xəlvət.Dəgşürdi libas, batdı yasə,Dibayi-bədəl qılub pəlasə,Gördü çü siyahruy bəxtin,Çəkdi duruban səvadə rəxtin.Məxsus özə tikdi ol yeganə,Çün matəmi bir siyah xanə.Azürdə olub o macəradən,Yüz burdu cəm’i-aşinadən,Qaşi kimi xəm qılub nəhalın,Zülfi kimi bərhəm etdi halın.Oldu dünü gün qəmilə məşhur,Çün didəsi cismin etdi rəncur.Yox məhrəm ona ki, deyə razın,Yox qibləsi bağliyə nəmazın.Hicran ona bəs ki, urdi şəbxun,Qıldı o əqiqi gəhrüba gun,Çün gördü anasi ol nigari,Getdi yelə səbrü qərari.Bildi ki, nədür məali-sevda,Az qaldı ki, ola xəlqə rüsva.Naçar dutub təriqi-çarə,Dilculiq edib o gülüzarə.Gahi qılır idi səbrə tə’kid,Gahi verür idi vəslə ümmid.El qızların ona qıldı məhrəm,Ta kim olar ilə ola həmdəm.Şayəd kəm ola o dərdü daği,Hasil ola cəm’idin fəraği.Ətrafın alub o nazəninlər,Ol zər’i cəmalə xuşə cinlər,Hər birisi bir təriq edüb saz.Göstərməgə bir girişməvü naz,Gəh tərk qılub libasi-zinət,
Zahir ola ta səfayi-tinət,Gəh zinə qi-zülfi-xal edərlər,Ərz ayinəyə cəmal edərlər.Gəh dutuban əl-ayaq hənayə,Salub gülü ərğivanə sayə,Gəh qazələyüb ləbü üzari,Gəh tazələyüb güli-bəhari,Gəh pəncə düzərlər aftabə,Bağlar başa bə’zi zər əsabə.Gəh bazi içün o dilrübalər,Bin saz edüb ol girehgüşalər,Meyl etməz idi olara Gülşa,Qılmazdı o mütləqa təmaşa.Bəs olmadı getdi yar əlindən,Həm bağrı dəlindi xar əlindən.Yar olmasa əldə ruyi-gülzar,Həqqa ki, rüxi-ümidədür xar.Eylərdi zəman-zəman hekayət,Bəxtindən edərdi ol şikayət.Bir söz ilə düzdi dəstgahin,Bağladı olarə mən’i-rahinBəl qansısının ki, var dərdi,Oldu o qəzalə həmnəvərdi.Gündüz qılar idi naləvü zar,Çün gecə olurdu ol cigərxar.Şəm’i görübən özinə həmdəm,Ol sazə düzür təraneyi-ğəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-gulsanin-durur-ona-cavabi
Use ← → keys to move, R for a random poem
More by this author
Nəqqadi-nüqudi-gənci-əxbar,Vəzzani-künuzi-rənci-asar.
Vərqa sifətin bəyan edər buVərqayi-həmidətül-xəsayil,Bir vəchilə hüsnə oldu kamil.
Gülşa hüsnündədür bu göftarOl şəms nəzirü mah mənzər,Yə’ni Gülşayi-nazpərvər.
Bu, xud bəxşi-bəladur aşiqü mə’şuqə fitrətdinSaqi, ələ algil aftabi,Yə’ni ki, ziyaleyi-şərabi.
Poems by other poets
Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
QəzəlYeri-göyü xəlq eyləyən, bu mövhüməvraya gəl,Haqqı nannahaq arası düşüb dü davaya, gəl.
Həbibim, ta səni mən sevmişəm əşraf arasındaHəbibim, ta səni mən sevmişəm əşraf arasında,Vücudum, atəşi-eşqin yanıbdır saf arasında.