İtabidür bu, Gülşa anəsinin ol pəriruyə
Gülşa anası batub xəyalə,Salduqda nəzər o məhcəmalə,Ol məhzi-ziyanü eyni-nöqsan,Vərqanı çü gördü sahibi-şan.Nisbət ona yox muna müdara,Gəlməz gözümə məgər ki, GülşaMunun daxi çox ona niyazi,Pünhan var aradə eşq razi.Ol vəz’idin oldu rəncə xatir.Bir gün duruban o əqli qasir,Fikr eylədi hiyleyi-cüdalıq,Şayəd kəsilə ol aşinalıq.Bilməz qəmi-eşq düşsə canə,Rəf’ etməz ani dəxi fəsanə.Gülşayə nəsihət etdi ağaz,Key qəddinə cağlu mayeyi-naz.Dil meyvəsi, canımın sifati,Can nəqdivu cismimin həyati.Dünyadə mənə nəvid sənsən.Novmidligə ümid sənsən.Ey sən mənə qədr ilə on oğlan,Oğlum əgər olsa sənə qurban!Can gülbünün güli-bəhari,Gülzari-nişatım abyari,Pir eylədi çün məni təcarib,Ta anladım əsli-hər mətalib.Vacib mənədür sənə verəm pənd,Ol pənd qıla səni bərumənd.Gər dutmaz isən sözüm xətadur,Axırda mənə, sənə cəfadur.Kim bəsləsə gülbün ol görər gül,Gülbün gülə mayədür, nə bülbül.Səndə bu niyazü nazü işvə,Meyl etməgə canə oldu rişvə.
Səndin görünən bu zibü zinət,Arayişi-ruyi-bəzmi-ülfət.Sər gərmiyi-şuri-badeyi-zövq,Zahir batin əlaməti-şövq,Salmış məni vadiyi-gümanə,Bin qəmlərə eyləmiş nişanə.Qafilsən əgərçi sən özindən,Mən vaqif özündənü sözündən.Axır günü çəkməz oldu heyrət,Kim saxladı nəqdi-irzü qeyrət.Kim zəbt edə bari-nəngü namus,Yetməz ona dəsti-tə’nü əfsus.Təxsis ki, biz büzürgüvaruz,Mə’rufü şəhiri-ruzigaruz.Bu silsiləyə degil müvafiq.Mə’şuq ola adi, yoxsa aşiq?Qorxum bu ki, karü bari-Vərqa,Eyləyə bizi cəhanə rüsva.Məğrur dimaq əlində badə,Bu şüğlidə zövq ona ziyadə.Gördükdə o şir sən qəzali,Bulduqda o tö’meyi-vüsali,İnsaf ver eyləsin neçük səbr,Mümkünmüdür anda səbr ya cəbr?Hər nurə durur dəmi-təcəlli,Vəslin dəxi vardurur məhəlli.Bil qədrini olmagil səbükbar,Can nəqdini dildə saxlə zinhar.Vərqa hərçənd əm pesərdür,Təshifi anın qəmu bəşərdür.Sən sadəvü fitnədür rəfiqin,Qılgil həzər, ol degil şəfiqin.Sən gülbüni-hüsnə bir ədu gül,Gülzari-cəmalədür o bülbül.Yox bülbül içün vəfadə yari,Güldən-gülədür anın mədari.Sən bəzmi-məlahət içrəsən şəm.
Pərvanədür ol miyaneyi-cəm.Pərvanəyə xülqü xu cüdadür,Hər şəm’i görər ona fədadür,Sən işvədə qəndi-məclisara,Ol tutiyi-şövqdür şəkərxa.Tuti qaçan eyləmiş qənaət,Bir qənd yolunda istitaət.Qorxum bu durur o gül üzarınKim, anın ilə keçər mədarın.Bu ülfəti-mən’ ola aradə,Çün rəf’ ola mən o macəradə.Səndin ola sir xatiri-yar,Meyl eyləyə sehri-özgə gülzar.Bizdən ona yox çü bimi-xatir,Ta cür’əti səndin ola qasir.Şayəd ki, o xosrov, ey səmənbər,Şirin qoya dutə rahi-Şəkkər.Zahir bu misal xasü amə,Səyyad çü seydi çəkdi damə,Bir özgə şikarə nəsb edər dam,Budur ona şivə sübh ilə şamÇün verməməkə səni o yarə,Yoxdur bizə bir təriqi-çarə.Zira atası ki, şahımızdır,Hər müşkil ilə pənahımızdır.Dutmuş o təriqi-ehtiyati,Düzmüş kecilikdən irtibati.Buzmaq munu qayəti-xətərdir,Az qorxusu canə bimi-sərdir.Liykən buna bir əlacımız var,Vərqayə nə ehtiyacımız var?!Ona dutalum rəhi-bəhanə,Məsdud edəlüm təriqi-xanə.Həm sən dutgil rəhi-fərari,Tərk eyləgilən təriqi-yari.Pünhan etgil müdam ruyi,Göstərməgilən bu rəngü buyi.
Ənqa kimi Qaf olub məkanın,Ləb açmıya bülbüli-bəyanın.Nəğmə kimi pərdə çək xəyalə,Qönçə kimi yüz bürü cəmalə.Vermə bu çirağə yeldin afət,Qıl abi-həyatə xanə zülmət.Ey cani-cəhan saqın zərərdən,Can gizlü gərək qəmu nəzərdən.Qəd gizləvü qədr ilə əyan ol,Qədr istər isən gözə nəhan ol.Gül salduğidin həya niqabın,Hər nakəsü kəs alur gülabın.Ayinə əgər cəhannümadür,Biqədrdür ol çü bihəyadür.Lalə ki, görür yavuq-iraği,Var həsrətidin könüldə daği.Su qıldı qəmu cəhani əhya,Axduqidin oldu bisərü pa.Ol neyyəri-xanigahi-aləm,Öz cilvəsi etdi izzətin kəm.Bir neçə zaman kəs andin ülfət,Məzmuni-sözümnü bilmə külfət.Ey canım oğul, bu fikrü tədbir,Gər qılsa anın məhəbbətin sir,Səndin kəsilüb bir özgə yarə,Dil versə dutub rəhi-kənarə,Mə’lumun ola həqiqəti-hal,Dilxoş o zaman dut, ey niku fal.Aşiq sənə çox ki, can verürlər,Bir görməginə rəvan verürlər.Qansısı olursa ixtiyarın,Xatir diləsə ki, ola yarın,Ta qılsən işarə ola həmsər,Həmsər deməyim qülamü çakər.Əmrində ola o zirdəstin,Olmiyə qürurdin şikəstin.Gər dutmasa ol rəhi-kənarə,
Açmasa nəzər bir özgə yarə,Qə’t etməsə rişteyi-xəyalın,Xahan ola ruzü şəb vüsalın.Ol hicrdə dutsa şiveyi-səbr,Çün dövridin içsə badeyi-cəbr,Gün-gün ona arta iştiyaqın,Canın yaqa atəşi-fəraqın.Andin əgər ittisali-dövlət,Yüz verə ona vüsali-dövlət.Yadə sala cövri-intizari,Anlaya o qədri-vəsli-yari.Səndin dəxi qılmıyə cüdalıq,Dutmuyə təriqi-bivəfalıq.Gülşa ki, eşitdi ol məqali,Bildi nədür anənin xiyali.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-itabidur-bu-gulsa-anesinin-ol-periruye
Use ← → keys to move, R for a random poem
More by this author
Keçdi gecə, sübh oldu tale’Dərban açdı dəri-məsafe’
Bu, Əntər əhdini sındurmaqü Vərqani dutmaqdürPərgari-zəmanə dutdu dövran,Saldı ələ möhrünü Süleyman.
Bu, şəbrov hiyləsi, Vərqa xilasi, qətli-ƏntərdürŞah ol gecə girmədi hisarə,Ordu ilə qondu bir kənarə.
Bu, düşmən basulub, Vərqa hicazə ovd qılmaqdürRəf eylədi ta ki, bürqeyin hur,Xəffaşlar oldu cümləsi kur.
Poems by other poets
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Şairin şairə təsəllisiEy könüllər mühəndisi şair,Qələmin öylə incə bir sahir.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,