Bu, xud bəxşi-bəladur aşiqü mə’şuqə fitrətdin
Saqi, ələ algil aftabi,Yə’ni ki, ziyaleyi-şərabi.Qıl başın içün nəzər bu halə,Sal gərdişə laleyi-piyalə.Yetdükdə mənə ötürmə fürsət.Olmaz qəmu vəqt vəqti-işrət.Gözlə məni bikəsü həzinəm,Bu dairədə əqəbnişinəm,Danla nə bilür ki, kimsə gərdun,Bu bəzmə verür şərab ya xun?Çox kimsə bu gün vüsalədür yar,Yarın qəmi-hicrədür giriftar.Bu və’z ilədür nizami-dövran,Bağlu şəbi-vəslə ruzi-hicran.Tədbiri-ədib, şər’i-ənvər,Hökm etdi müənnəsü müzəkkər.Çün sayıla arədə şümarə,Hər bir çəkə pərdə ruyi-karə.Vərqa ola çün güli-bəhari,Gülşa ola qönçəvəş hisari.
Bu lə’l sifət çiraği-birun,Lö’lö’ kimi ol sədəfdə məhzun.Bu xur kimi cümlə ola taban,Ol gizlənə misli-abi-heyvan.Ta görmüyə hər kim ola cəmali,Xatirlərə yetmiyə xəyali.Məhbubə hücum am edər cəhd,Ol cəm məgəs, bu zərfi-pürşəhd.Ol vasifi-karü bari-ə’vam,Bu cədvələ beylə çəkmiş ərqam.Çün ol iki nəcmi-bürci-iqbal,On dördə yetürdilər məhü sal.Hər biri olub şəhiri-afaq.Bu ikidə cüft, ol ikisi taq.Hər necə ki, hüsn edərsə tüğyan,Aşiq olur artuq anda nalan.Çün hüsn olara yetürdi qovğa.Getdükcə müzaəf oldu sövda,Rəssami-rüsum edəndə abad,Üşşaqə bu rəsm qoydu bünyad.Kim hicrsiz olmuyə vüsali,Ta anlaya qədri-ittisali.Həqqa ki, bu rahü rəsmi-layiq,Həm əqləvü nəqlədür müvafiq.Ta çəkmiyə bir kişi bəlani,Almaz gözə hasili-ətani.Bimar bilür bulanda səhhət,Səhhət onadur nə dənqlü ne’mət?Düzdü gecə izzəti-nəhari,Dey tazələdi rüxi-bahari.Hər müktəsibin ki, az cəfasi,Biqədr ola kəsbinin nəvasi.Dövr eylədi çün nəzər o halə.Rəşk etdi ol iki həmvüsalə.Ayırməğə onları bəhanə,İstərdi ətək çalub miyanə,Əlqissə, qəzanəvisi-dövran,Yazdı olara nişani-hirman.
Gərçi ol iki nəhali-ümmid,Ol övci-səmayi-əqlə xurşid.Pünhanü əgərçi aşkara,Saxlarlar idi rəhi-müdara.Bir idi olara qövlü girdar,Ta kimsənə olmiyə xəbərdar.Əmma əcəb ola fikrü tədbir?Verə əsəri-qəzayə təğyir.Hərçənd kişi düzə vəsilə,Təğyir edəməz qəzani hiylə.Gülşanın atasivü anasi,Pünhan dutuban təriqi-pasi.Oldilər olar o şüğlə casus,Ta bulmiyə rəxnə hisni-namus.Çün anladılar dutub şümarın,Ol iki pərirüxün əyarın.Gördülər ol iki mə’dəni-şərm,Zahir-batində kani-azərm.Eşq içrə ətəkləri nəmazi,Bağludur üzə dəri-məcazi.Buldu o xülasədin nicati,Xalis oların nüqudi-zati,Geydirdi o imtəhani-sami,Vərqayə libasi-ehtirami.Artdı çü o məhvəşin cəmali,Ol ovcdə qayəti-kamali.Hər kim özünə nigah edərdi,Öz hasilini təbah edərdi.Əmma o həsəb-nəsəb qüruri,Ol dərdi-məhəbbətin səburi.Heç kimsə ilə yox iltifati,Qılmaz birini qəbul zati.Xurşid sifət dutub kənari,Həmsöhbət ona xəyali-yari.Qılmaz birə dərdi-eşq izhar,Yox kimsənə dərddin xəbərdar.Gah-gah gəlüb görər nigarın,Şad eyləyüb ol dili-figarın.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-xud-bexsi-beladur-asiqu-me-suqe-fitretdin
Use ← → keys to move, R for a random poem
More by this author
Saqi, qanı kövkəbi-yəmani,Müştaq onadür bu lə’l kani.
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabındanMənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Mənəm ki, sinə çak etdim fəraqın iztirabındanMənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından
Təmamiyi-süxənÇün söylədi ol kigari-tənnaz,Cananəsinə həqiqəti-raz.
Poems by other poets
Qafil olma, diqqətinən fəhm eylə,Yaxşını, yamanı tanı həmişə.
Saqi-nama, chapter 6بیا ساقی آن جوهر صاف و پاککه جمشید برد آرزویش بخاک
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Tərcibənd: Ey tərfə nigari mah-ruxsarEy tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,