Vərqayi-həmidətül-xəsayil,Bir vəchilə hüsnə oldu kamil.Gər qılsa ona fələk nəzarə,Xur səhfəsin edə parə-parə.Xiclətdəhi-hur olub camali,Daği-dili-çərx olub xəyali.Qaş ilə gözü açanda bazu,Mizan olur andə gəc tərazu.Gər qəmzəsi dursa ehtiyazə,Bərcis ola Müştəri niyazə.

Mizan qaşi ta ki, düzdü məhmil,Qıldı ani mehrü mah mənzil.Pürpic o zülfi-gənci-malik,Təqdisidə sübheyi-məlayik.Çin kakili kambəxşi-Kabil,Məftun zəqənində sehri-Babil.Gül arizi daği-cani-lalə,Zülfi xəmi ənbərin kəlalə.Bini o cəmalə şəqqeyi-nur,Ya lövhi-əqiqə xətti-kafur.Ruxsaridə üqdi-xali-mişkin.Səhrayi-xütəndə nafeyi-çin.Ağzı ola gər bəyanə məhrəm,Gül bərg ləbi, diş ona şəbnəm.Cənnət yüzü nəqli abi-gövsər,Ləb höqqeyi-lə’l içində gövhər.Gər açsa yüzündən ol niqabi,Doğdursa cəhanə aftabi.Xur pərdə içində yaşurur ru,Çərx eylər ona nisari-lö’lu’.Gər gəlsə xüramə ol sənubər,Gər sərvə durursa ol bərabər.Naju itirür bəğəldə nazın,Sərv ani görüb kəsər nəmazın.Rə’na qədi touəmani-xubi,Zibalıq ilə cəhani-xubi.Gər nazı qədəm qoya miyanə,Tufani-bəla düşər cəhanə,Baş açub əgər dağıtsa kakül,Aləm dola buyi-sünbülü gül.Gər görsə cəmali-bakəmalın,Eylər mələk arzu vüsalın.Tövsifinə yoxdurur çü qayət,Tə’rifidə gümdurur nəhayət.Bəsdür bizə bu qədər güvahi,Gəl döndərəlüm o yerə rahi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring