Netdim sana ey dəbiri-aləm,Vey səfhənəvisi-fərdi-adəm.Mizan düzüb etmədün şümarə,Qafil o hesabi-karü barə.Təhvilə görədür al hesabın,Gör fazilimi, kəs iztirabın.Yox faidə yazmağında baqi,Göndərmə mühəssili-fəraqi.Ver dəftəri-bəxtimin səfasın,İslah edə gör olan xətasın.Təqvim açubən bax ittisalə,Gör fərdi bərat yaz vüsalə.Dutsan bu yüzə təriqi-ehmal,Döndərməsən ər bu haldən hal.Övraqi-dəfatirini asan,Bir dəm durub eylərəm pərişan.Yox səndə təriqeyi-mübazər,Yıxmış səni fikri-həşvü bazər.Təblin buraxub yaşur ələmni,Sal oda dəvat ilə qələmni.Ey gəcrəqəmi-hesabi-dəftər,Vey rişvəsitani-həft kişvər.

Nadir əgər eyləsən rəqəm rəhm,Səhvin səqəri ani qılur zəxm.Səndin mana yetdi çün xüşunət,İncinmə əgər qılam xüsumət.Gördü çü Ütaridi hərasan,Nahidə dedi o mərdi-meydan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets