Bu, Gülşayi-həzinin anasilə macərasidür
Çün sağəri-badeyi-vüsalın,Yə’ni anası o məh xisalın,Pünhan qəmu düzdü dəstgahi,Ol gecə ki, edər idi rahi.Yıqdurdi cəhazi bir zəminə,Ərz etdi qəmu o nazəninə.Şayəd ki, malə ola mayil,Özün bəzəyüb düzə şəmayil.Ol vaqiədin qılub xəbərdar,Dedi ona: dəxi çəkmə azar.Hərçənd ola səndə sərgiranlıq,Lazım mənədür bu mehribanlıq.Şadiyi zahir qəm oldu axir,Təqdiri-xudayə olma kafir.Dur vergil özünə ziynətü zib,Sən yarə bu şivə eybdür eyb.Çəkmə dəxi qüssəvi məlali,Al ayinə düzgilən cəmali.Bu surətə qılma tirə mir’at,Bəlkəm durub eyləgil mübahat.Bilgil muni, ey rəvani-madər,Dövlət oldu sənə müyəssər.Nahidə müqarin oldu ol mah,Yə’ni sənə həmsər oldu bu şah.Yetdükdə bu bürcə aftabi,Qıldı səni Şam mahtabi.
Çün yandı bu nurdən çirağın,Ol camilə tazə qıl dəmağın.Ol kim sənə qoymuş idi əngüşt,Olmadı durub səninlə həmpüşt.Tərk eylədi getdi bu diyari,Yığ xatirü çəkmə intizari.Bir kişi ki, istəməz vüsalın,Sən dəxi kəs andan ittisalın.Mundan gedəli bəsi zəmandur,Məchul işi sud ya ziyandur.Vərqayə əgər biteydi məqsud,Bu canibə qayudurdu ol zud.Ya bitmədi varduğunda kami,Yaxud aradən güm oldu nami.Ya bir gözəlin görüb cəmalın,Aldandı ona verüb xəyalın.Həqqa ki, dəlildür xəyalə,Əglənməgi bu üç ehtimalə.Həm qılduğu və’də oldu axir,Göstərmədi məhmil ol müsafir.Əhli-Yəmənə yetən bəlani,Əntər olara qılan cəfani.Şərh etdi qəmu o mah ruyə,Rəh bağladı anda göftguyə.Gülşa ki, xəbərdən oldu agah,Kim neyləmiş ona bəxti-gümrah.Düşdü tənü cani iztirabə,Aciz qaldı durub cəvabə.Bəs eylədi firqəti bəhanə,Durdu o vəsilədin fəğanə.Dedi anaya: Nədür bu tədbir?Məndin nişə oldu xatirin sir?Yenglə məni dilfigar qıldun,Qürbətdə zəlilü xar qıldun.Bu mülkdə yeg mənə gədalıq,Yox Şam ilində padşalıq.Tənha düşdüm mən ol diyarə,Möhtac oldum ənisü yarə.
Gər dərdi-dilə olam giriftar,De kimə qılam o dərdi izhar.Başımda mənim yox ər həvasi,Canə qəmu dərddür dəvasi.Cayizmi durur bu, ey müsəlman?Heç kimsəyə aşkarü pünhan,Bir vəqtdə edələr müqərrər,Bir övrətə sahib iki şövhər?!Bir seydə quran bu iki dami,Qanda aparur o nəngü nami?Mal oldu sənin bu gün vəbalın.Beytülmala qala bu malın!Oldun mənü yar səddi-rahi,Dutsun səni bu ikinin ahi!Axir ki, bu fikri-xanəzadın,Verdi duruban sənin muradın.Avarə ani qılub cəhanə,Atdun məni dəxi bir kəranə.Biz xud verdük riza qəzayə,Sən həm yetəcəksən ol cəzayə!Bu sözdə idi hənuz o məhcur,Nakamlıq etdi ani rəncur.Döndərdi əqiqi kəhrübayə,Söz fürsəti qalmadı ol ayə.Zəhrə bədəl oldu nuşi anın,Düşdü yerə getdi huşi anın.Keçdi neçə saət ol hümayə,Ta saldı ona şüur sayə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-gulsayi-hezinin-anasile-macerasidur
Use ← → keys to move, R for a random poem
More by this author
Çün anəsi gəldi ol nigari,Gördü ki, qılar fəğanü zari.
Yetişmək Şamə, şahə verməmək təmkini-GülşadurÇün şahə yetişdi gənci-məqsud,Mənzur olunub kəlami-mə’hud.
Bəyan eylər bu, Vərqa sərgüzəştin ovd qılmaqdaSaqi, məni aldı iştiyağım,Yıxdı qəmi-şiddəti-fəraqım.
Hiç kim, yarəb, mənə nisbət digərgun olmasınHiç kim, yarəb, mənə nisbət digərgun olmasın,Dil pərişan, sinə büryan, didə pürxun olmasın.
Poems by other poets
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim