Duyulmaqdür bu, Vərqa, şəh yetürməkdür ani yarə
Gülşa ki, eşitdi ol məqali,Təğyir ona oldu vəz’i-hali.Şah der ona: – Söyləgil həqiqət,Döndərmə bu rahdən təriqət.Təğyirinə qıldı rəngü ruyin,Qalmadı əvəlki abi-cuyin.Gülşa dedi: ey qədimdə qəmxar,Doğru deməgimdən özgə nəm var?!Ol gün ki, yox idi aşinayiSidqim qıldı girehgüşayi.Hala ki, şəfəqqətin açub kax,Qılmış məni həzrətində küstax.Vəchi budur olmağım müşəvvəş.Şövq urdu mətayi-canə atəş.Ta açdı ağız bu dudi-nili,Oldu mənə atəşin dəlili.
Həqqa ki, bu sərvü zaği-bustan,Der ki, açılıb güli-gülistan.Hasil bu hədisi tərcümanın,Məhzi sözüdür o novcəvanın.Belə anlar məni-giriftar,Vərqanındur yəqin bu göftar.Zira ki, o filsufi-miknət,Göftari durur təmam hikmət.Gizlidür anın sözündə məzmun,Hər fəqrə sözü kitabi-qanun.Şəh der ona: – Ey nihali-heyrət,Vey qönçeyi-şaxsari-həsrət!Söylə nədür ol məlik nişani?Ta tanıya kişi görsə ani.Dedi ona: – Ey şəhi-fələktəxt!İqbal ola yarü yavərin bəxt!Məşhur durur anın cəmali,Müstəsnidürür o qədri-ali,Qəddindən əlif dönüb hilalə.Rəşki-qaşi xəm verüb hilalə.Ol arizidən açanda pərdə,Salmış güli-surini nəvərdə.Nərgis çü gözündən anladı raz,Qaldı baxa didəvü dəhən baz.Ta ağzidən aldı qönçə məzmun,Şəməndə aça dəhani-pürxun.Ta qəbğəbinə yetişdi rahi,Sib eylədi rəng ruyi-kahi.Üç danə sepənd olub sepəndi,Vermişdür olarə ərcüməndi.Ta bağlana çeşmi-bəd xəyalə,Salmışdur ol atəşi cəmalə.Dutmuş hərə biri bir məqami,Bulmuş ol aradə ehtirami.Pişanisidə biri dutub xu,Çün mərkəzi-xakə qütri-hindu.Dutmuş ol ikisi cay üzündə,Şəqqülqəmər olmuş ay üzündə.
Şəh hər nə ki, dedi mihmani,Bildi o qəribdə var ani.Qılmadı səbüklik al giran qədr,Tez olmadı zirdəsti-ol sədr.Çağırdı rəvan o tərcümani,Key susəni-baği-kamrani.Dur getgilən ol figarə məndin,Ərz eylə səlam o yarə məndin.Degil ona, ey yetən qəramət,Qılmış nə bəqiyyeyi-əmanət.Yetür yerinə ol ərməğani,Qıl bizə hesab olan ziyani.Yox səndə bu yüzdə hiç təqsir,Zahir qəmuyə nə qıldı təqdir?!Həqqa ki, əbəsdür infialın,Yığ başına dağılan xəyalın.Ehsan sanıram məgər mən, ey yar,Kim bey’ü şərabi ola düşvar.Yox bizdə təvəqqiyi-təlafi,Gəl vermə məzacə inhirafi.Ta hal nə qıldı mizbanın,Şərməndəsi olasan sən anın?!Bizdən sənə yetmədi bir ehsan,Kim ola təbiətin hərasan.Şəh sözü yetürməmiş təmamə,Kim getdivü gəldi ol hümamə.Ağzında hənuz qilü qali,Xurşidə yetürdi ol hilali.Şah ol üzügə qılub təmaşa,Gördü ona nəqş nami-Gülşa.Gülşayə dedi: – Bu ərməğani,Al ki, ana göndərüpdür ani.Gülşa çü ona nəzarə qıldı,Can rəxtini parə-parə qıldı.Yıxıldı vida edüb şüurə,Bir mərtəbəsin yetürdi nurə.Əhli-hərəm etdilər müdava,Ta oldu şüur yari-Gülşa.
Çün gəldi özünə ol məhi-bədr,Dedi ona: – Ey şəhi-mələk qədr.Həqqa bu igit həmən cəvandur,Kim dərdimə dərdi-tov’ əmandur.Məqsuddur ol cəvan nə qasid?Bu aradadür mətayi-kasid.Yoxdur mənim əldə iqtidarım,Ta eyləyə nolsa ixtiyarım.Mən acizədür sənin fəqirin,Nə nə, qələtəm sənin əsirin.Bu babdə vardur ixtiyarın,Qalmışdur əgər olan qərarın.Göstər yenə şiveyi-mürüvvət,Ehsanü tələttüfü fütüvvət.Gər olsa qərar məhzi-göftar,Olmasa o qişrə məğzi-kirdar.Kim qadirdür ki, edə izhar.Ol iqrarə nədür bu inkar?!Qeyrət odu saldı şahi cuşə,Əvvəldə rəfiq edüb xüruşə.Der: – Səhl ola çəkdigim xəsarət,Əmma kola rəxti-irz-qarət.Kim övrətini verə cüdayə?!Lə’n edə cəhan o kədxudayə!Təxsis mənim bir özgə adım,Var cümlə mülukə izdiyadım.Nagəh mənə xiffət ola hasil,Yeg döndərəm ol qərardən dil.Zur eylədi amili-şəriətDedi ona: – Ey dutan təriqət,Şər’ Allaha di bumudur ayin?!Gör nə buyurur əlindəki din?!Dəm urmə dəxi mürüvvətidən,Ehsan dəmi ol ftfüvvətidən,Bir övrətin olsa əqdi batil,Saxlamağından sənə nə hasil?!Acın ola qarşusunda ne’mət,Yeməməgidür kəmali-həsrət.
Bu dünyaya saxlamaq əzabi,Baqidür ol axirət iqabi.Kim zülm ilə bir fəqir malın,Alıb başa arturub vəbalın?!Əmma ona eyləyüb təvəqqüf,Versən ki, vəbaldür təsərrüf.Kimdə ola əqlidin nəsibə.Uyarmı munun kimi firibə?Ol amili-əmrü nəhyi-qur’an,Dedi ona: – Ey güzini-dövran,Bir kişiyə kim xuda olur yar,Bağlanur ona zəbani-inkar.Yol göstərdi şəhə süruşi,Hər babdə huşi-eybpuşi.Dil açdı şəhi-xücəstə kirdar,Gülşayə dedi ki, ey diləfgar.Yox tanrı içün xilaf özümdə,Təğyir qərar olan sözümdə.Mən məhzi-mürüvvətü vəfayəm,Eyni-kərəmü rüxi-ətayəm.Bu əmri-məhalə salma xatir,Olmaz məndin xilaf zahir.Getdim ki, görəm o növcəvani,Kimdür qılayım müşəxxəs ani.Mətlubindür əgər o məcruh,Mətlubimdür o mayeyi-ruh.Çün yetürə ol sənə qərabət,Rəf’ ola bəhaneyi-məhabət.İltəm anı bu hərəmsərayə,Kim xas olub durur sən ayə.Ol bülbülü yetürəm bu bağə,Pərvanəni tapşuram çırağə,Muni deyüb ol cəhani-vayə,Vərqa tərəfinə saldı sayə.Çün gördü o sərvi-bustani,Var bir-bir eşitdügi nişani.Bildi ki, degil məgər ki, Vərqa,
Ol şiri-ərini-ruzi-heyca.Dedi ona: – Ey cəhani-təmkini,Üşşaqə degil bumudur ayin?!Yar ilə duta təriqi-əğyar,Bir ola yanında qeyr ilə yar?Pünhan raz eyləmək rəvadur,Əmma ki, həbibdən xətadur.Lazım deyə yar dərdi yarəŞayəd ki, bula o dərdə çarəVərqa dedi: – Ey hümayi-sayə,Sayən mənə verdi incə vayə.Kim qıldı məni şəhə nəsiri,Ehsan baranı, zilli-xeyri.Var idi əvəldə ehtiyatım,Ta sınmıya sağəri-nişatım.Nəqdini güm eyləmişdi mə’dən,Fərq eyləməz idi dustü düşmən.Lütfün məni çəkdi yenlə barəOl bardə düzdü sər qətarə.Hala ki, əlindədür məharım,Yox dəxi mənim bir ixtiyarım.Vərqa mənəm, ey dil aşinasi,Bu xaneyi-dərd kədxudasi.Əmma sənə rövşən ola, ey şah,Yox bir qərəzim bu yolda həmrah.İlla yazıla adım vəfadə,Çün sabit ola rəhi-cəfadə.Lütfün ilə ün sağaldı yarə,Gəldi yenə ab ruyi-karə.Həm lütf ilə, rüxsət eylə həmrah.Durub gerü qayıdam mən, ey şah.Ta qayim ola tutiyi-rəvanım.Ey mən sənə əbdi-zərxəridə,Xiclətzədə bəsdür açə didə.Tah hal ki, gizlü idi razım,Səbr idi bu işdə çarə sazım.Daim sağ olgilən səlamət,Xiffət sənədür, mənə iqamət.
Layiq görünür bu qədrü şanə,Rüxsət verəsən bu mihmanə.Bəsdür munu biləvüz mənü sən,Gəl açma təriqi-amə rövzən.Şəh der ona: – Ey xücəstə kirdar,De bu necə sözdür etdün izhar?Səndən bizə yox küdurəti-dil,Külfət ola durmağında hasil.Ol gün ki, mənə yetişdi yarın,Şərh etdi qəmu nə hali-zarın.Çün mən o xəbərdin oldum agah,Qıldum ona dəsti-meyl kutah.Salim saxlanmış ol əmanət,Bağlanmış ona rəhi-xəyanət.Əhd eyləmiş idim, ey niku nam,Görsəm sənə tapşuram durub cam.Ol gül qoyalı qədəm bu bağə,Zinət verəli bu bağü rağə.Alınmamış ol gülün gülabi,Ol qönçə buraxmamış niqabi.Bülbül ona olmamış bərabər,Od kimsəyə verməmiş ol əxgər.Yalquzdur anın hərəmsərasi,Amadə yanında müddəasi.Bu ürfidə də’bdür həmişə,Məhrəm ola cümlə xiş-xişə.Məsmu’ degildür, ey yeganə,Bu babdə qılmağın bəhanə.Atan tərk etdi gər bu baği,Mən atanam, ey gözüm çıraği.Atayə nə şivə ola adət,Məndən gələ fe’lə ol fərağət.Hər nə ki, dedim rəhi-vəfadə,İnşiallah olur ziyadə,Hər babdə kəsdi üzrin anın,Könlün ələ aldı ol cəvanın.Həmmamə apardı ol əkabir,Geydürdi ona xəllayi-faxir.
Aldı gedüb ol hərəmsərayə,Xurşidi müqarin etdi ayə.Çün ol iki nov nihali-həsrətBir-birini gördügündə heyrət,Zur etdi ol iki dərdnakə,Filhal oları buraxdı xakə.Şəh qıldı sədaqət aşkara,Dil rəftələrə qılub müdava,Qansısı göz açdı gördü yarın,Qoydu yerə rəxti-ixtiyarın.Bir gün, bir gecə ol iki zar,Bir-birə baxub olurdu əfgar.Axir yetişüb qərari-xatir,Oldu olara şüur zahir.Çün badeyi-əql doldu camə,Bülbül gül ilə gəlüb kəlamə,Bir-birinə dəhri-dun bəlasın,Xar azarın, xəzan cəfasın,Şərh eylədilər nəqirü qətmir,Kim netmiş olarə dəsti-təzvir.Hər bir gördükdə mihmanın,Saldı ögə sərgüzəşti-xanın.Gördükdə olar o mahizərni,Bildilərü duydular xəbərni.Hər bir-birini görüb vəfadə,Öz qılduğu də’vidən ziyadə.Xursənd olub ol iki vəfadar,Hər bir qəminə bir oldu qəmxar.Valeh o muna, bu ona heyran,Qalib o muna, bu ona heyran,Qalib o muna, bu onadur can.Əsbabi-nişatü eyş hazir,Asudə mücavirü müsafir,Qırx gün, qırx gecə qıldı söhbət,Bir-biri ilə o həmməhəbbət.Gəh-gah şəhi-həşəm sitarə,Pünhan olara qılar nəzarə.
Ta kim görə ol iki hicazi,Bir-biri ilə qılanda bazi,Baz ol kəbkə açarmı çəngal?Ya kəbk bu bazə sındırar bal?Gördü ki, ol iki pak kirdar,Bir-birə qılar həqiqət izhar.Bağlu olara dəri-məcazi,Səccadələri durur nəmazi,Birdür olara hüzurü qeybət,Qət’ etdi bu şivə rahi-reybət.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-duyulmaqdur-bu-verqa-seh-yeturmekdur-ani-yare
Use ← → keys to move, R for a random poem
More by this author
Şahənşahi-fələk qədrü Süleyman cahü İsa dəm,Vəliyi-haqq imamü müqtədayi-cümleyi-aləm.
Bu, təhriri-mətalibdə tələbdür xamədin yariEy yunisi-bətni-huti-zindan,Vey xızri-təriqi-abi-heyvan.
Budur tə’rifi-şahi-dinpənah ol şah AbbasınOl padşəhi-bülənd payə,Məh peykərü aftab sayə.
Bu qəsidə dəxi ol sahibqiran şə’nindədürŞahənşahi-bülənd əxtər, səriri-mülkətə sərvər,Xudayi yarü tovfiqi qərinü dövləti çakər.
Poems by other poets
Fürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
The Treasury of Mysteries, chapter 30There is an artist behind this curtain; otherwise who could have shown these scenes on it?Make the eye of thy heart familiar with this curtain to perceive that which comes from behind this veil.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
DağlarBahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.