Birinci hissə, altıncı fəsil
Page 1 of 2
Atası Danqır Abbas qəbirdən qalxıb desəydi ki: "Bala, tələsmə, düşmənin basılacaq, işlərin belə rəvac tapacaq" Gəldiyev inanmazdı. İndi onun Rübabə sarıdan işləri belə axırdı ki, deyərsən suda balıq üzür. Vahidin nümayişdə özünü tələyə salmağı, atasının da işə qarışmağı, milis nəfərinin Gəldiyevə kömək çıxmağı... Bütün buriar Gəldiyevin döşünə yatırdı. Söz- sözə gələndə deyirdi:
– Buna Sovet hökuməti deyərlər!.. Beş gün maskalanarsan, üç ay gizlənərsən, bir il ötüşərsən, axırda elə yaxalayarlar ha! Odur Nayıbov göz qabağında. Mən deyəndə ki: canım, istismarçı balasından xeyir gəlməyəcək, ağzıma vururdular: "Köpəkoğlu, sən qərəz aparırsan!".
De, buyurun, buyurun beşinci nahiyə milis naçalnikinin kabinetinə! Bir sandıq material var. İfşa materialını yazıqlar baxmaq ilə qurtara bilmirlər. Hələ dalısı gəlir, gəlir ha!..
Doğrudan da "materialın" dalısı gəlirdi. Bayram gününün səhərisi Gəldiyev, Vahidə bir "qardaşlıq" elədi: institutun partiya komitəsi adından "məktəbin sabiq tələbəsi, hazırda ifşa olunub bayıra atılmış müzür ünsür Nayıbov Vahid" haqqında əməlli-başlı bir xasiyyətnamə yazdı. Məktəb nümayiş komisyonunun akta oxşayan bir məlumatını da əlavə etdi. Şübhəsiz ki, bu məlumatda Gəldiyev bütün yaradıcılıq qabiliyyətini işlətdi. İnstitut tələbələrinin "bu müzür ünsürə" qarşı hidlətləndiyini və onun məhkəmə vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazdı və möhürlədi.
Direksiya adından milis rəisinə bir xahiş düzəltdi. Səliqə ilə maşında çap elətdirdi, kağızların üstünə tikdi. Bu xahişi direktora imazalatmaq lazım idi. Hərçənd Verdiyev onun qabağında dinməz, sözünü yerə salmazdı. Ancaq yenə ehtiyat elədi. Müavinə qol çəkdirmək istədi. Müavin təbiəti yumşaq adam idi, rədd eləmək əlindən gəlməzdi. Adi bir uşaq onun yaxasından bərk yapışsa, hər yana aparar, istədiyinə nail olardı.
Gəldiyev bir şeyi seçə bilmirdi ki, müavin ancaq xeyirxah işlərə, yaxşı əməllərə mülayimdir. Pislik, yamanlıq isə əlindən gəlmir. Elə yerdə o, daşdan da bərk olur. Gəldiyev kağızı gətirib tələsik: "Verdiyev burda yoxdur, qolla getsin, zəng eləyib istəyirlər" deyəndə, müavin qələmi götürdü. Gözü rəis, nahiyyə sözünə sataşdı. Kağızı oxudu, dedi:
– Yaxşı olar ki, Verdiyev özü qol çəksin.
Gəldiyev sözə basdı:
– Əşi, burda nə var... Qorxaqlıq, yəni bu qədər? Partkom səndən az cavabdeh deyil ki!
Müavin qəzəbini güc ilə boğdu: Direktor özü gələr, qol çəkər!
– Bəlkə bu gün heç direktor idarəyə gəlmədi.
– Gəlməsə qol da çəkilməyəcək.
Gəldiyev hirs ilə kağızları qapıb qayıtdı. Verdiyevin komissarlıqda olduğunu bilib, ora getmək istədi. Sonra məsləhət bilmədi. Direktor gələndə kağızlan kargüzara verdi, imza üçün göndərdi. Özü də dalınca, guya bir ayrı iş üçün direktorun kabinetinə getdi.
İçəri girəndə kargüzar dayanmışdı. Verdiyev çay içir, həm də özünü kağızdan ayırmırdı. Gəldiyevə baxıb gülümsədi, qələmi alıb ımzaladı:
– Aşnanın işini deyəsən bitirmisən hə?..
– Aşnanın işini aşna bitirdi. Atalar demiş, insanın özü-özünə elədiyini, el yığıla başarmaz. Zalım oğlu, məktəbdən qovulmusan, yaxşı, get başqa yerə, bir sənət tap özünə, yoxsa, acığa düş, gəl inqilab bayramına sataş, dəstələrə şuluxluq sal? Bilirsən də hansı maddəyə düşür? Diversiya!
Verdiyev başı ilə işarə elədi ki, bilirəm. Gəldiyev dedi:
– Dünən naçalnikə zəng eləmişdim. Dedim, təcili baxılacaq? Dedi, hə, təcili! İctimai asayişi pozmaq maddəsinə düşür, azı bir üç ili var kürəyində, hələ azı!
Direktorun yanına adamlar gəldi. Gəldiyev kağızları alıb çıxdı, birbaş milis idarəsinə götürüldü. O, Vahidin atasının Bakıda olmağına, nizamsız camaat içində dəstələrə "soxulmağına" ayrıca məna verməyə çalışırdı. İstirahət günü məktəb binasına getmələrini, "qarovulu narahat etmələrini" söyləyir və dizinə döyürdü: "Nə bilirsən, bəlkə sovet məktəbinə qəsdən ziyan vurmağa, odlamağa gəliblər, nə bilirsən?".
Milis idarəsində bütün yazılanları, deyilənləri yığıb yoxlamaya, istintaqa verdilər. Vahidi isə Səttarzadə zəmanətə götürmüşdü.
Gəldiyev bunu eşidib telefon kitabçasından Səttarzadənin nömrəsini tapdı. Gecələrin birində kabineti içəridən bağladı:
– Mənə Səttarzadə lazımdır.
– Danışan Səttarzadənin özüdür?
– Yoldaş Səttarzadə, salam! Necəsiniz, kefiniz lap yaxşıdırmı?
Sizə zəhmət də olsa, mühüm bir yerdən zəng edirlər. Xahiş olunur, deyilənləri diqqətlə dinləyəsiniz, eşitdiklərinizi təkrar etməyəsiniz, düzgün cavab verəsiniz, yanmızda kim var? Siz bu günlərdə bir nəfər müqəssirin zəmanətini boynunuza almışsınızmı? Almışsınız! Çox yaxşı...
Gəldiyevin söbbəti xüsusi bir rəsmiyyətlə başlaması Səttarzadəni vahiməyə saldı. O ha istədi soruşa:
"Bağışlayın, danışan kimdir?" - Nə ürəyi gəldi, nə də telefonda macal tapdı. Bir əli ilə stola söykənmiş, gələn səsi dinləyir, itaətkarlıqla cavab verirdi: "Bəli, bəli, baş üstə, yox, tanımamışam, olar..."
Gəldiyev deyirdi:
– Görünür ki, siz Nayıbovun cinayətlərindən bixəbərsiniz. Sizi zablujdat eləyiblər. Belə bir vredni adam gərək sizin sayıqlıq barədəki səhvinizdən istifadə etməyə imkan tapa bilməyə idi. Amma heyif!
Xalq arasında, qulaq asın, təmiz adınız var. Biz bu adın ləkələnməyinə təəssüf etməyə bilmərik. Demək vəzifəmizdir, vəzifəmizdir!
Gəldiyev sözünü bitirəndə cavab gözləməyib telefonun dəstəyini asdı. Səttarzadə isə, eşitdikləri ilə kifayətlənmirıniş kimi, bir neçə dəfə çağırdı: "Alo, alo..." cavab çıxmadı. Əlacsız qalıb dəstəyi yerinə qoydu. Tezədən götürüb qulağına tutdu. Yenə səs verən olmadı. O biri otağa keçdi.
Kişi, simasında bir iztirab olduğu halda, pianonu silməklə məşğul olan Rübabəyə baxırdı. Sanki Rübabəyə nə isə xəbər verdilər. O da atasına tərəf döndü. Atasının nəzərlərində qeyri-adilik duyub, yaxın gəldi. Səttarzadə bunu istəyirdi.
– Qızım, - dedi, - bu nə hoqqadır mənim başıma gətirirsən?
Rübabə yeridiyi yerdə donub qaldı. Kişinin də rəngi qaçdı. O, ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı, ancaq yeganə övladı olan əziz Rübabənin adı ilə bağlı olan heç bir inciklik yadına, gümanına gəlmirdi. Atası Rübabəyə güldən ağır söz deməzdi. Bir fəlakət üz vermiş, əlindən xata çıxmış kimi Rübabənin halı dəyişdi. İşdən çəkildi, atasının qəzəbli üzünə baxdı, deməyə söz tapmadı. Səttarzadə təkrar elədi:
– Qızım, bu nə hoqqadır mənim başıma açırsan?
Rübabə dedi:
– Ata, sənə nə olub?
Səttarzadə əlini saqqalına atdı:
– Bu vaxtımda razı olursan divan-dərə ayağına çəksinlər?
– Sənə nə olub, ata?
– Yaşım altmışı ötüb, hələ divan-dərə tanımamışam, məhkəmə görməmişəm. Məni sən qalmaqala calayırsan, kimin üçün calayırsan?
– Sənə nə olub, ata?
– Bilirsən ki, mənim indi bircə arzum, fikrim-zikrim sənsən? Qeydini çəkirəm, gecə-gündüz əl-amandayam ki, qəlbi sınıqdır, ürəyinə qubar gəlməsin. Həm ata olaram, həm ana, təki boya-başa çatsın...
Rübabə məsələnin özünə aid olduğunu yəqin edib, səsini qətiləşdirdi:
– Nə olub, ata?
– O Vahid kimdir müsahib olmusan? Mən sənin sözünə uyub zaminə götürürəm, bəs sən düşünmürsən ki, atamı hər lotunun ayağına verməyim?
Rübabə doluxsundu, hirsindən ağladı:
– Ata, - dedi, - sənə nə olub? Vahidəmi deyirsən o sözü? Xainlərə inanma, ata! Ata cu!
Rübabə əlləri ilə uzünü örtdü, hönkürtü ilə üzü üstə çarpayıya yıxıldı...
Bütün günü Rübabənin üzü gülmədi. Səhər iki dərs oldu. Tarix müəllimi gəlməmişdi. Saat 12-də evə qayıtdı. Qulluqçudan öyrəndi ki, atası zəmanətini geri götürüb. Ürəyi sıxıldı, xəyalında özünün səhv etdiyini fıkirləşdi: "Vahidin adı məni xiffətlə, fıkir-xəyalatla bağlayır. Nə üçün mən əl çəkmirəm? Qızlar kimi üz döndərib getmirəm? Aramızda ki, rəsmi, ya qeyri-rəsmi heç bir şey yoxdur... Bir salamməleyk üçün bu qədər iztirab olarmı? Omu bədbəxt, mənmi talesizəm?.."
Bu tərəddüd Rübabəyə dağlardan ağır gəldi. Mənəvi bir qüvvə sanki onun çiyinlərindən tutub vücudunu ağac kimi bərk silkələdi. Əsəblərindən bir gizilti keçdi, qəlbinin dərinliklərindən qopan odlu bir ah yaz yeli kimi onu ayıltdı:
"Vahidlə aramızda heç bir şey yoxdur! Mənim üçün bundan dəhşətli sözmü var? Olan şeydinni? Birləşmiş qəlbləri qılıncdan başqa nə ayıra bilər?"
Vahid ilə keçirdiyi az, lakin şirin tələbəlik günləri bir barama mərasimi kimi nəzərində cilvələndi. İki ad bir-birini çağıran işıq kimi zehnində yanıb- söndü: "Vahid - Rübabə! Rübabə - Vahid!"
Rübabə elə tutulmuşdu ki, cırtmaq vursan, qanı axardı. Həyəcan onun bütün vücudunu qabartmışdı. Bu saat gözlərindən yaş, damarlarından qan, dilindən odlu fəryad qopacaqdı. Divardan tan alıb istəkli kimi bağnna basdı, simləri dindirdi. Onlann hər biri sirdaş, müsahib kimi Rübabənin dərdinə şərik, ürəyinə təsəlli idilər.
Rübabe kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik verməyə, hissini cilovlamağa çalışdı:
– Ata, - dedi, - Vahid heç kim deyil, ancaq məktəb yoldaşımdır. Lakin vəziyyəti pis olan yoldaşdan üz döndərmək, bilirsən ki, çirkinlikdir. Gəldiyevlər dəstə ilə onun kölgəsini qılınclayırlar. Mən Vahiddə günah görməmişəm. Onun məndən kömək ummağa haqqı vardır. Bəs yoldaş nədir? Yoldaş harda lazım olar? Yadındadırmı bu bayatı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-aciq-kitab-birinci-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:
Azad qızQara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.
Sağlam yollardaBahar balalarını, yaz çiçəklərini, şirin-şirin meyvələr verən ağacları bəsləyib böyütmək, bilirsinizmi nə qədər yaxşı, müqəddəs, fəxri, sevimli vəzifədir?Ruqiyyə Abasovanın əmək tarixi tarlalarda, aləmə saf və ətirli yaz havası dağıdan yaşıllıqlarda və bağlarda başlanmışdır. O, ana qoynundan yenicə çıxmış balaca əllərini bağbanlıqda böyütmüşdür.
Qələbənin açarı" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
Poems by other poets
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Qələmdən gəlirOdlar ölkəmdəki bu yaraşıqlarKönlümün ən şirin, xoş nəğməsidir.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül