Qələbənin açarı
" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."
Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:
– Keçən il bundan 4 dəfə az pambıq əkib, dəstə-dəstə köməkçilərlə fevralda da yığıb qurtara bilməyən rayon bu düzlər dolusu əkini nə tez və nə təmiz yığdı? Bu qələbənin açarı haradadır?
Mən sizi rayon kolxozçularının uçuşuna çağırıram. Budur, Kolxozsoyuzun qabağında tarla zərbəçilərinin alayı durur. Rayonun uzaq və yaxın kəndlərindən kollektiv zərbəçi iş təcrübələri mübadiləsi üçün axıb gələn qadın və kişi qəhrəmanların gözlərində, simasında ciddiyyət, alnında qələbə oxunur. Onlar bolşevik əməyinin böyük nəticələrini görmüş, sosializm kəndinin təməlini qoyan, yeniləşən insandırlar. Öz ad- 7g larına kollektiv suvarma və becərmə düzəldib, məhsul dəyərini yüksəldən və kolxozçu gəncliyi plan ətrafında toplayan Lenin komsomolları hücuma hazırlaşırlar. "Çöldə bir qoza da qalmasın!" şüarı rayon komsomolunun təsərrüfat proqrammasıdır. Aslanın erkək, dişisi olmaz. Kişilərin 50 kilosuna qarşı gündə 60-70 kilo pambıq yığan Xavər və Xeyransaların başı daha da ucadır. Pionerlər salama durmuşlar. Budur, kürsüyə çıxan tərli və qırmızı çöhrəli Malik danışmaq istəyir:
– "Ağ gün" kolxozu ayın 25-nə illik plandan 28520-yə qarşı 28555 kilo yığmış, yaxşımız 65, zəifimiz 40 kilo yığır. Biz, mübarizəni davam etdiririk.
Borsunlu kolxozçuları adından komsomolçu İslam danışır. O, kənddə partiya tapşırdıqlarının sınanmış təşkilatçılarından, özünü kütləyə sevdirmiş Lenin komsomolunun dəyərli oğullarındandır.
– Yoldaşlar, - deyir, - 163000 kiloya qarşı, 163640 kilo yığmışıq. 2 gün artıq işləyərək, 7000 kilo əlavə toplamışıq.
Badyaqov 8000 put təmiz pambıq yığıldığım söyləyir... Natiqlərin ağzından rəqəmlər tökülür, bu rəqəmlərin hamısmda kəskin mübarizələr oxunur. Lakin bolşeviklər qələbə rəqəmləri eşitməyə alışmışlar. Biz köhnə feodal qalıqlı ölkəmizi ağır sənaye ölkəsinə çeviririk. Kəndlini traktora, SSRİ-ni avtomobilə əyləşdiririk.
Mehralı əlində teleqram danışıq kürsüsündə görünür. "Mərkəzi Komitə Qasım İsmayılov rayon partiya təşkilatını, komsomolçularını, kolxozçularını və əməkçilərini, ölkəmizin pambıq asılılığından qurtarması yolunda qəhrəmanca mübarizə etdikləri üçün təbrik edir. Yoldaşlar, sürəti əskiltməyin!" Teleqram gurultulu alqışlarla qarşılanır. Bolşevik ştabının təbriki kolxozçularda yeni mübarizə hissi, döyüş ehtirası doğurur. Mehralı gələcək hayındadır. O, sakitliyi bərpa edib, diqqətləri yığır.
– Rayon aym 4-nə 6564 ton 226 kilo illik planı ödədi. Bu qəhrəmanlıqdır. Qələbəmizdir. Lakin bu qələbədə soyuq iştirak edən yox deyildir. Sarov kimi azarlı, bezarlı və Abas kimi qarınqulu kolxozçularımız vardır. Qələbəmizin açarı haradadır? Bu açarı görmək və götürmək çox asan və vacibdir: bolşevik tempi! Bunun üçün də götürə işin tətbiqini, kütlənin kollektiv əmək qüvvəsinin düzgün təşkilini, intizamlılığı, gələcəyi aydın təsəvvür etməni, qələbəyə etimad bağlamağı bacarmaq lazımdır. Biz bu bacarığı hamıdan təlob edirik. Bunsuz hərəkət yoxdur, bunsuz inkişaf yoxdur, bunsuz qızıl bayrağı saxlaya bilmərik.
Qasım İsmayılov kolxozçuları kəskin ehtirasla sosializm əməyinə sarılmışlar. Orada sosializm kəndinin bünövrəsi möhkəm qoyulur. İstehsal qüvvələri dəyişir, əmək məhsuldarlaşır, kollektivləşir, kommunistləşir. Bu əsasda vəhşi, quduz, istismarçı qolçomağın kökü kəsilir. Qasım İsmayılov əməkçiləri bu böyük işləri az vaxtda yaradırlar, çünki onlar azad, kollektiv əməyin gücünü anlamışlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-qelebenin-acari
Use ← → keys to move, R for a random poem
More by this author
Martın yeddisində qayğıkeş kişilərin çoxuna hədiyyə mağazalarında rast gəlmək olar. Axı, sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür! Bu bayramı hökumət idarələri, təşkilatlar, qəzetlər qeyd edirlər. Necə ola bilər ki, bu ümumi bayramı hər kəs öz evində qeyd etməsin. Qadın olan evlərin hamısmda, qadm olmayan evlərin isə (belə evlər də vardır) çoxunda martın səkkizini qeyd edirlər.Bizim evdə bu bayram hər il vaxtında, qayda ilə qeyd olunur. Qadm cinsindən təkcə bir anam var ki, mən onun xatirini, demək olar, tanıdığım qadınların hamısından çox istəyirəm. Bu bayramın adını da, dəsgahını da, onun adı ilə - ailəmizin bünövrəsi olan ağsaçlı qadının adı ilə bağlayırıq. Özündən soruşsan, o, heç belə bir bayramda mənim zəhmətə düşməyimə, mağazaları gəzib hədiyyə almağıma razı olmaz. Ona görə yox ki, qadın bayramını əzizləmir, yox! O da bütün qadınlar kimi bu bayramın qədir-qiymətini yaxşıca bilir. Hələ yadımdadır, biz rayonda yaşayan zaman iclaslara həvəslə gedərdi. Klubda qadınlar yığıncağında tribunaya çıxıb ucadan nitq də deyərdi.
İki fermer1Daşlı küçə ağzında, bağçalı həyətlərin qabağında, çay kənarında qəhvəyi maşın dayandı. Bayaqdan bəri meşəiçi, dolama yamac yollarla gələn, dağlara səs salan maşını kənd uşaqları əhatə etdilər. Onlar maşından çıxan, bu yerin camaatına oxşamayan əntiqə geyimli, enli şlyapalı adamlara diqqətlə baxırdılar. Maşındakılarm biri kök, irigövdəli, ağbəniz, qırmızıyanaqlı, qızıldişli, əyriətək kostyumlu, ucaboylu bir kişi idi. Morul nemslərinə oxşayan bu adam qırmızı qayışlı portfelini əlinə alıb, yanındakı şlyapalı qadına nə isə dedi, xırda, qamaşan gözləri ilə kənd uşaqlarına baxdı. Uşaqlar ona, sonra da bir-birinə baxıb, gülüşmək istədilərsə də, özlərini saxladılar. Maşından çıxan üçüncü, qaraşın adam uşaqlara yanaşıb, salam verdi və soruşdu:
Hesab dostları1Narzan vannalarının qabağında, böyük bir qarağac kölgəsində, uzun skamyalarda adamlar cərgə ilə oturub dincəlir, növbə gözləyirdilər.
Qotazlı çəkməUşaq həkimi Validə xanım bu gün birinci dəfə idi ki, işə gəlirdi. Məzuniyyətini qurtarıb təzəcə qayıtmışdı. Onu qapıda qarşılayan xadimə ilə görüşüb əhvallaşdı. Xələtini geyib kabinetinə daxil olan kimi, yuxarı baxıb soruşdu:– Hələ bunun sahibi tapılmayıb? Bəs bunun sahibi gəlmədi?
Poems by other poets
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
نه به اندازهٔ خود یار گزیدی، ای دلتا رسیدی به بلایی که شنیدی، ای دل