Uşaq həkimi Validə xanım bu gün birinci dəfə idi ki, işə gəlirdi. Məzuniyyətini qurtarıb təzəcə qayıtmışdı. Onu qapıda qarşılayan xadimə ilə görüşüb əhvallaşdı. Xələtini geyib kabinetinə daxil olan kimi, yuxarı baxıb soruşdu:

– Hələ bunun sahibi tapılmayıb? Bəs bunun sahibi gəlmədi?

– Xeyr, gələn olmayıb.

– Xəstələrdən soraqlaşmaq lazım idi.

– Neçəsindən soraqlaşmışıq, gəlib baxanlar da olub, ancaq yiyə duran olmayıb.

Validə xanım stol dalma keçib, qələm götürdü, əl boyda bir kağız yazdı:

"Bir ay bundan qabaq 7 nömrəli müalicəxanamn uşaq xəstəlikləri kabinetində bir tay qotazlı çəkmə qalıb, kimin uşağımndırsa, nişanını deyib aparsın, bu barədə həkim Validə Rəhimovaya müraciət olunsun." Validə xanım kağızı xadiməyə verib xahiş etdi:

– Müalicəxanamn qapısmdakı elan lövhəsinə vur ki, gəlib-gedən oxusun. Lap aşkar yerdə yapışdır!

Validə xanım bunu dedi, sonra çəkməni götürüb, şkafın içinə qoymaq istədi. Çəkmə tayı təzə, bəzəkli, möhkəm idi. Möhüründən məlum idi ki, Leninqrad fabrikindən çıxmadır. Çəkmənin ipək bağı açıq idi. Məlum idi ki, hansı uşağın isə ayağından çıxıb düşübdür. O da məlum idi ki, indi müharibənin bu vaxtında belə çəkmə hələm-hələm tapılmır. Bu, mağazadan alman şeyə oxşamır. Bəlkə bu nə vaxtdansa haradansa əziz bir hədiyyə kimi əziz bir uşaq üçün xüsusi gətirilmişdir. Bunları fikirləşə-fikirləşə sanki vacib bir şey Validə xanımın yadına düşdü. Çəkmə əlində tez xadimənin dalınca qaçdı, pilləkənlərdən aşağı düşdü. O zaman yetişdi ki, xadimə elan kağızının künclərinə yapışqan vurub yapışdırmaq istəyirdi:

– Xala, zəhmət də olsa, xahiş eləyirəm buraya vurmayasan, çünki çəkmə sahibi buradan şübhələnsə idi, heç olmazsa, bir dəfə gəlib soruşardı. Gəl bunu trolleybus duran yerdə lövhəyə vuraq! Orada dayanıb gözləyən çox olur, tez oxuyarlar.

Bu söz xadimənin də beyninə batdı. Qayıdıb paltosunu əyninə çəkdi, yapışqan qabını da bir qəzet kağızına büküb apardı.

Validə xanımın belə diqqətlə baxıb əhəmiyyət verdiyi çəkməni xadimə bir ay bundan əvvəl döşəməni süpürəndə tapıb gətirmişdi. Bir müddət gözləmə otağında, paltarasanm başında, sonra da lap aşkar yerdə, şkafın başında qaldı. Amma yiyəsi gəlib çıxmadı.

Doğrudur, gəlib çıxmadı, amma çəkmənin sahibi var idi, özü də bərk axtarırdı. Güman gələn yerlərə baş vurmuşdu, tapa bilməmişdi.

Bu çəkmə Məsmə arvadın yetim nəvəsi balaca Nadirin idi.

Məsmənin ailəsi müharibənin ağırlıqlarını çəkən ailələrdən idi. Oğlu Tapdıq müharibənin lap ilk ilində cəbhədə qəhrəmanlar kimi həlak olmuşdu. Tapdığın arvadı Tutu da neçə ay sonra yatalaq xəstəliyindən vəfat etmişdi. İndi bu ailədə keçmişin yadigarı bir qoca nənə, bir də gələcəyin ümidi körpə nəvə qalmışdı.

Əsgər ailəsinin qayğısını çəkən hökumət idarələri Məsmə xalanın gün-güzəranı ilə maraqlanır, məşğul olurdular. Oğluna verilən təqaüddən başqa ona libas, ərzaq cəhətdən əl tutur, bayram və mərasimlərdə, görürdün, hədiyyə də gətirirdilər.

Həmin küçədə təzə açılan uşaq bağçasına əsgər uşaqlarını hökumət hesabına qəbul elədilər. Bağçaya qəbul olunmaq üçün bəzi vəsiqələr təqdim etmək lazım idi: yaş kağızı, ev idarəsi kağızı, əsgərlik kağızı, sağlamlıq kağızı... Bunları sayanda Məsmə xala təəccüb elədi. O heç vaxt güman etməzdi ki, dörd yaşında uşaqdan bu qədər vəsiqə istəyəcəklər. Qadın yoxlamaların dalınca iki gün vaxt sərf elədi. Axırıncı vəsiqəni həkimdən, bizim tanıdığımız həkim Validə xanımdan almalı idi. Bunun üçün uşağın özünü də həkim yanına aparmalı idi və aparmışdı da.

Ondan ikicə gün əvvəl əsgər uşaqlarına kömək eləyən komissiyadan Nadirə bir dəst alt paltarı, bir dənə də çəkmə gətirmişdilər. Alt paltarı, əlbəttə, yerli arteldə hazırlanmışdı, qotazlı çəkmə isə nəinki evdə, hətta bütün bu həyətdə dillərdə söhbət olmuşdu. Kimi deyirdi ki, bu çəkmə lap müharibədən əvvəlki maldır, hansı anbarda isə ilişib indiyə kimi qalıb. Kimi deyirdi, yox, Leninqrad fəhlələri doğma şəhərlərinin qəhrəmanlıqla mühasirədən qurtarmasını bayram eləyirlər. Pal-paltar, ayaqqabı fabriklərini işə salan kimi, əsgər uşaqlarını sevindirmək istəyiblər, ilk sifarişləri onlar üçün hazırlayıblar.

Leninqrad şəhərinin qəhrəmanlıqla mühasirədən çıxması da, fabriklərin işə düşməsi də, uşaqlar üçün sifariş qəbul edilməsi də doğrudüzgün söz idi. Ancaq bu məsələlərin qotazlı çəkməyə dəxli yox idi. Qotazlı çəkmə Nadir üçün tamam başqa yerdən gəlmişdi.

Həmin çəkməni Tapdığın Uzaq Şərqdən gələn bir komandir yoldaşı gətirmişdi. "Oğlumun Nadirə hədiyyəsidir", - demişdi.

Hər halda qotazlı çəkmə nənə üçün də, nəvə üçün də çox qiymətli bir hədiyyə idi. Alan kimi Məsmə nənə uşağa bir cüt corab hazırladı. Çəkməni də üstündən geyindirdi. Çəkmənin bağı qəhvəyi rəngdə, ipəkdən idi. Uclarında balaca qotazları vardı. Üzü qırmızı olsa da, içi ağ, nazik yumşaq dəridən idi. Dərinin üstündə səliqəli yazılar da var idi.

Doğrudur, nənə çəkməni alan kimi uşağın ayağına geydirdi, ancaq tapşırdı ki, ev içində gəzsin, batırmasın, korlamasın, bayrama saxlasın. Nadir isə ömründə görmədiyi, gözləmədiyi bu qəşəng çəkməni geyinmək yox, oynatmaq istəyirdi. İxtiyar onda olsaydı, stul üstündə çoxdan dayanan saxsı futbolçunun ayağından dəmirli çəkmələri çıxarar, bunu geyindirərdi. Heç olmasa, bu çəkməni də stol üstünə qoyardı ki, qapıdan girənlər baxsınlar, tamaşa eləsinlər.

Məsmə nənə müalicəxanadan sağlamlıq kağızı almağa gələndə Nadiri də özü ilə aparmışdı. Həkim qapısında, növbə gözləyəndə Nadir dalanda uşaqlarla oynayırdı.

Həkim yoxlayıb kağız verəndən sonra Məsmə xala sevincək uşağı qucağına alıb yola düzəldi, çəkmənin bir tayı isə düşüb qapı ağzında qaldı.

Onun səhərisi Məsmə xala çəkməni çox axtardı. Qapıda, həyətdə, uşaq bağçasında axtardı, amma müalicəxanaya gümanı getmədi. Axırda belə düşündü ki: "Yolda, hankı küçədə isə uşağın ayağından düşüb, mən huşsuz da xəbər tutmamışam."

Qotazlı çəkmənin itməsi Məsmə xalanın da, Nadirin də ürəyində bir dərd oldu. Bunu görən bağça müdiri də bir elan yazıb Məsmə xalaya verdi ki, apar trolleybus yanında divara vur. Demək olmaz, bəlkə elə onu tapan özü də səni axtarır. Elanı oxuyanlar əsgər uşağının çəkməsi üçün özləri soraqlaşacaqlar, harda olsa xəbər verəcəklər.

Məsmə xalanın elanı çoxdan divara vurulmuş, gün döydüyündən bir qədər saralmışdı da.

Bu gün Validə şkafı açıb, nə isə yoxlamaq istəyəndə təkrar gözü qotazlı çəkməyə sataşdı. Xadimə ilə göndərdiyi elan yadına düşdü. "Görünür, tapılmadı", - deyə məyusluqla mızıldandı. Ancaq divara vurulan elanın aqibətini yoxlamağı qət etdi. - "Bəlkə əli dinc durmazm biri həmin günü elanı cırıb atıb? Bəlkə üstünə afişa vurublar, bəlkə külək qoparıb..." Bu zənn ilə gəlib lövhəyə baxanda öz xətti ilə yazılan elanı, onun soluxmuş yazılarını divarda gördü. Deyəsən, ona dedilər ki, divardakı ayrı kağızlara da bir bax.

Çap xətti ilə dördküne bir yazı vardı: Fabrikə fəhlə çağırırdılar. Bir başqa kağızda ev dəyişməkdən danışılırdı. O birisində isə ingilis dilində dərs deyən bir müəllimə özünə tələbə axtarırdı. Küncdə, bir az da əyri yapışdırılmış, xətti soluxmuş elan Validə xanımın diqqətini çəkdi. "Bu da mənim elanım kimi, deyəsən, nəticəsiz olub. - Orada "Çəkmə", "əsgər uşağı" sözünü oxuyanda Validə xanım lap yaxına gəldi. Elanı əvvəldən axıracan, özü də iki dəfə oxudu.

Validə xanım axtardığını tapmışdı. Qotazlı çəkmənin sahibi Nadirin ünvanı belə idi: Yuxarı Piryut küçəsi, ev 22, otaq 17.

Validə xanım aylardan bəri çətinlik çəkdiyi mühüm bir məsələni həll etmiş kimi, sevincək, cəld idarəyə qayıtdı. Qotazlı çəkməni götürüb bir qəzetə bükdü, maşın çağırmaq istədi. Yadına düşdü ki, uşaq yanına belə əliboş getmək yaxşı olmaz. Mağazaya gedib bir bağlama şirni aldı, maşına oturub Yuxarı Piryut küçəsinə sürdürdü.

22 nömrəli binanın uzun və sərin bir dalanı var idi, Validə xanım dalanı ötəndə əlində çörək kitabçasını yoxlaya-yoxlaya gedən bir qız uşağı gördü. 17 nömrəli otağı soruşdu. Qız uşağı lap qabaqda, birinci mərtəbədə göy qapını və pərdəli pəncərəni göstərdi:

– 1 7 nömrə oradadır.

Pəncərə ağzında arıq bir uşaq taxta oyuncaqlarla məşğul idi. Validə xanım ürəyində dedi: "Çəkmənin sahibidir!" Bu söz xəyalından keçməmişdi ki, pəncərənin sol tərəfində qotazlı çəkmənin tayı onun gözünə sataşdı.

Məsmə xala Validə xanımı əvvəlcə soyuq qarşıladı. Tanımadığı bir adamın bu axşam çağında, həm də maşınla gəlməyi səbəbsiz olmaz.

– Buyurun içəri!

Validə söhbət açmaqdansa birbaş mətləbə keçməyi lazım bildi. Qoltuğundan çıxartdığı qəzeti açıb çəkmənin tayını göstərdi.

– Bəlkə bunun tayı sizdə ola?

Məsmə xala sevincindən bərk qışqırdı:

– Bizdədir! Ay qadan alım, səni görüm sevincək olasan! Bunu haradan tapmısan belə?!

Məsmə xala qotazlı çəkmə tayını gətirib ortalığa qoydu. Nadir dərhal çəkməni cütləşdirdi. Validə xanım gətirdiyi şirnini uşağa verirdi. Uşaq almaq istəmirdi. Validə nənədən xahiş etdi:

– İzin verin, alsın, çəkmənin şirnisidir!

Nadir çəkməni ayağına çəkib, birbaş həyətə qaçdı. İndi onun sevincinin həddi-hesabı yox idi. Addımbaşı çəkməsinə baxırdı. Ona elə gəlirdi ki, indi hamı - böyük də, uşaq da onun ayağına baxıb deyir:

– Nadirin nə qəribə çəkməsi var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sevinc haqqında

Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?

19694 min
Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 min
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 min
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 min

Poems by other poets