Direktor:

– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!

Kitabsatan:

– Xoş gününüz olsun! İşimiz düşüb: bir neçə yeşik sancaq lazımdır.

Direktor:

– Bəlkə qutu demək istəyirsiniz?

Kitabsatan:

– Xeyr, yeşik!

Direktor:

– Görünür, vəzifənizi dəyişmisiniz. Mən sizi kitab mağazasından tanıyıram.

Kitabsatan:

– Bəli, orada işləyirəm. Ancaq indi işimiz artıb. Elə kitablar yazılır ki, sancaqsız oxunmur. Oxucunu yuxu basmasın deyə, sancaq lazım olur.

Direktor:

– Hər kitaba bir sancaq?

Kitabsatan:

– Bəlkə də bir neçəsi!

Direktor:

– Bu kitabları tərifləyən tənqidçilərə necə, sancaq verilirmi? Kitabsatan:

– Onların sancağını ya redaksiya, ya da müəllif özü verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, səkkizinci fəsil

Qatar vağzalda dayanıb köksünü ötürəndə zəng səsləndi. Deyəsən bu səs o qədər qüvvətli idi ki, dəmir yol ilə şəhər arasında olan bütün həddi-səddi vurub dağıtdı. Vağzal qapıları taybatay açıldı. Əlində çamadan, bağlama, patefon, kitab, xurcun, kağız torba, çaydan və qeyri azuqə, qucağında uşaq olan, ya tamam əli boş adamlar vaqonlara sarı yönəldilər. Biletini göstərən, şeylərini vaqona qoyanlar elə sevinir, elə möhkəm otururdular ki, deyəsən ölənəcən bir daha vaqondan yerə düşməyəcəklər.Yola salanlar gedənlərdən çox idi. İnstitutda qış tətili başlanmışdı. Tələbələr dəstə-dəstə evlərinə yola düşür, qış istirahətinin bir saatını da hədər keçinmək istəmirdilər. Oğlan, qız bir-birinə qarışmışdı. Görüşən, ayrılan kim, vidalaşan kim.

194119 min
İkinci hissə, birinci fəsil

– Vahid! Vahid!Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri çəkdi:

194116 min
İkinci hissə, ikinci fəsil

Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar Səttarzadənin konserti".Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet alanlar cürbəcür adamlar idilər.

194115 min
İkinci hissə, üçüncü fəsil

Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini itirdilər. Biri aralığı yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, papağını alırdı.– Kimdir xəstə?

19418 min

Poems by other poets