Ala-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.

Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.

Ağ önlüklü, gödərək bir qadının əyilərək, kağız qırıqlarını, tumları, papiros kötüklərini xəkəndaza süpürdüyünü görəndə dayanıb xeyli baxdı. Qadın xiyabanı elə təmizləyir, sahmana salırdı ki, deyərsən öz həyətidir.

Adi hallarda heç diqqət yetirmədiyi, məhəl qoymadığı bu qadın cavan oğlana ayrı cür göründü, gözündə böyüyən kimi oldu. Dayanıb xeyli baxdı, bilmədi necə üzr istəsin. Fikirləşdi ki, cibindən pul çıxarıb versin, ya da yaxınlaşıb təşəkkür eləsin.

– Xala, - dedi - buralara zibil atan, sizin zəhmətinizi artıranlardan biri də mənəm. Bilmirəm necə eləyim ki, sizin xəcalətinizdən çıxım.

Qadın başını qaldırıb bir oğlana, bir də zibil qutusuna baxdı, öz işinə davam etdi.

– Keçdiyiniz yerləri zibilləməmək - həm mənə yaxşılıq, həm də özünüzə ləyaqət olardı! - dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 min
Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 min
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 min
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min

Poems by other poets