Səfər
1
Bəndalı əsgər gedəsi oldu. Anası Bəndalıya fətir bişirdi, isti paltar verdi. Səhər danüzü qalxıb, ona çay-çörək verdi. Boynunu qucaqlayıb öpdü, onu rayon mərkəzindəki çağırış məntəqəsinə yola saldı. Özü də çəpərin dalına çıxıb əziz, igid və yeniyetmə oğlunun dalınca baxdı. Bəndalı yeyin və düz gedirdi. Alaqaranlıqda onun enli kürəklərini görmək olurdu. Çox çəkmədi, o, bir nöqtə kimi, kiçildi, gözdən itdi.
Anası Bəndəlinin nişanlısını - Yarpızı gözdən qoymurdu. Sudan qayıdanda, tarlaya gedəndə, klub, tamaşa bilmirdi, harda rast gəlsə, qızı şirin-şirin qayınana dili ilə dindirir, Bəndalıdan söz açırdı. Onun salam-dua yazdığını və guya "Yarpızı hər gecə yuxuda gördüyünü, ondan narahat olduğunu, tezliklə qızdan bir xəbər istədiyini" danışırdı. O, bunların hamısını Yarpızın Bəndalıya olan məhəbbətini ölçmək, onu gözləyib-gözləmədiyini bilmək üçün edirdi. Yarpız isə çox sərin və etinasız cavab verirdi. Arvad Yarpızın bu soyuqluğuna məna verə bilmir və gileylənirdi:
– Bir zaman, balam, ata-anası yalvarırdı, özü qışın boranında çıxıb qapıda dururdu ki, Bəndalı ötəndə boyuna baxsın. İndi nə oldu? Yoxsa təzəsini tapıblar? Yoxsa "çirkin, sən dur, gözəl axtarım" məsəlidir?
Mehrahnın arvadı başa saldı ki, demə, qızın anası Bəndalının dalınca deyinirmiş: xalqın kürəkəni, deyirmiş, gedib oxuyar, müəllim olar, doktor olar, böyük adam olar, bizimki də gedər, nə olar, əsgər! Qız yazıq nə vaxtadək oturub gözləsin?
Bu əhvalat Bəndalının anasına ağır gəldi. Əziz oğlunun dalınca edilən bu tənə bir zəhərli tikə kimi onun boğazında qaldı. Onu incitdi, yandırdı, qovurdu, gözlərindən axan iki damcı ilə o, ürəyinə vurulan söz dağını sağaltmaq istədi.
Fikir-xəyal içində oturmuşdu. Poçtalyon içəri girdi. Göy paketdə Bakıdan qalın bir kağız, 150 manat pul və üstünə yazılı bir taxta bağlanmış sovqat gətirdi. Arvad sevindiyindən heç nəyə baxmadı. Kağızı alıb qapıya qaçdı, Əkbərə oxutdu.
Oğlu Bakıdan yazırdı. Şirin sağ-salamatlıq sözlərindən sonra özünün at çapmaqda necə birincilik qazandığını yazırdı:
"Ana, gələn kimi mənə bir kəhər at verdilər. At demə, qanadlı bir quş de, özü də mənə isinişib sözümdən çıxmır, mehriban dolanırıq. Ona döyüş öyrədirəm. Öyrədirəm ki, düşmənlə vuruşda mən yaralanıb yıxılsam, qılıncım əlimdən düşsə, kişnəyib hay salmasın, başıma gələn müsibətdən özünü itirməsin, bütün qüvvəsilə yüyürsün, düşmənin başını qoparsın.
Təlimdəki igidliyimizi bütün şəhər eşitmişdir. Düşərgədən qayıdanda camaat böyükdən-kiçiyə qarşımıza çıxmışdı. Axşamüstü idi. Qızıl bayraqlar əsir, musiqi guruldayırdı, lampalar çiçəklərə qarışmışdı. Küçənin hər iki tərəfində sıx dayanan adamlar bizi görən kimi, əl çalır, şüar buraxırdılar. Mən bu böyük ehtiramı görəndə daha da inanıram ki, bizim ordu dünyada basılmazdır. Ordu nədir, deyərəm, bizim heç bir əsgər dünyasında basılmaz! Bir əsgərin ki, milyonlarla arxası, milyonlarla qardaşı, bacısı ola, bir əsgərin ki igidliyinə milyonlar sevinə, əl çala, o da basılarmı? Gələydin, görəydin, necə igid oğlanlar, necə qəşəng qızlar, gəlinlər bizi qarşılamağa çıxmışdı! Təpəmizə gül yağırdı. Nəcib və utancaq bir qız cərgələri yara-yara gəldi, tanış gördüyünü, birimizə söz deyəcəyini, yaxud adam soruşacağını güman edirdik. Düz mənə tərəf gəlirdi. Üzəngimdən yapışıb əydi. Əlində kağıza bükülü bir məxmər qutu vardı. Qutunu mənə uzadıb:
– Bu hədiyyəni qəbul edin! - dedi.
Aldım. Qızın yumşaq, nazik və isti əlini qızıl əsgər qətiyyəti və səmimiyyəti ilə sıxdım. Qız gülümsəyib dururdu. Onun bağışladığı saatı qoynuma qoyandan bəri qəlbim bərk çırpınır. Mənə elə gəlir ki, o sadə bir qız deyildi, o biz atlıların xalqımızla görüşündən qopan bir sevinc qığılcımı, bir işıq, bir muştuluqdu. O, vətənpərvər xalqımızın öz döyüşçülərinə olan məhəbbəti idi. Nida işarəsi kimi, önümdə durdu, o mənə bir qəlb bağışladı. O mənə dünyanın ən böyük, ən xoşbəxt xalqının qəlbini bağışladı. Mən bu qəlbi sevirəm və qanımla qorumağa hazıram. Mənim qoynumda indi bir saat yox, böyük mehriban və isti bir qəlb çırpınır."
2
Kənddə camaat Bəndalının məktubundan, onun orduda igidlik göstərməsindən danışırdı. Deyirdilər ki, ona yaxşı mükafat veriblər, partiyaya qəbul ediblər. Özünün də şəkli qəzetlərdə çıxır. Təyyarə ilə uçub kəndin üstündən bir dəfə də Tbilisiyə ötmüşdür.
Bu sözləri Yarpız da eşidirdi, lakin inanmağı gəlmirdi. O, əvvəllər əsgər həyatını və bu adın şərəfini lazımınca dərk etməmişdi. Əsgər deyəndə, onun gözünə şinel, ağır çəkmə, qırxıq baş gəlirdi. İndi isə Bəndalının adı-sanı onu düşündürməyə bilməzdi. O, "oxumuş qızam" deyə, Bəndalının yanında yuxarı kurs tuta bilməyəcəyini yaxşıca başa düşürdü. Qayınanasına salam verməyi, onların qapısına tez-tez dolanmağı və tezliklə oğlanın adresini alıb, ona xüsusi bir kağız da yazmağı qərara aldı.
Gün o gün oldu ki, Bəndalı əsgərlik vəzifəsini bitirib, kəndə qayıtdı. Anası oğlunun boynuna sarıldı:
– Ox, - dedi, - gələn yollarına anan qurban, ay əsgər oğul! Ay igid oğul!
Bəndalı güldü.
– Ana, - dedi, - əsgər demə, zəhmət çəkib komandir olmuşam!
Yar-yoldaş, qohum-əqrəba, qonum-qonşudan Bəndalını istəyənlər tökülüb gəldi. O, gələnlərlə görüşür, əhvallaşırdı. Bəndalı peçin başında oturub Moskvadan, Bakıdan, gəzdiyi gözəl yerlərdən, əsgərlik həyatından, öz yoldaşlarından şirin söhbətlər edirdi. Anası qonaqlara çay-çörək verib, oğlunun sevinc və gülüş qarışıq hər sözünü eşitdikcə arzu-kamını götürürdü. Ona bir də baxırdı. Səsinə, sözünə, tərpənişinə diqqət yetirirdi. Onun yanaqları qızarmış, sümüyü bərkimiş, vücudu möhkəmlənmiş, baxışı itiləşmişdi. Bəndalı bu iki il içərisində iyirmi ilin işini görmüşdü. O yarımsavad, əli qələm tutmayan Bəndalı indi iti-iti yazırdı. Bir yığın kitab gətirmişdi. Partiyalı olmuşdu, əməlli-başlı mərifət öyrənmişdi.
Arvad gah Bəndalıya baxır, gah da o biri evdə sudan yenicə qayıtmış, uzanıb fısıldaya-fısıldaya yatmış ərinə baxırdı. Ürəyinə bəzi şeylər gəlirdi: "Bəndalı yuyunmamış yorğan-döşəyə girmir. Bəndalının diş şotkası, sabunu, üz dəsmalı ayrıdır!
Bəndalı hər səhər üzünü qırxmamış çölə çıxmır, qəzet oxumayanda darıxır, səhər tezdən ona təzəcə qəzet gətirirlər. Təzə xəbərləri hamı ondan öyrənir. Gül kimi, tərtəmiz geyinir. Bəndalı necə diliyumşaq, sözünübilən, qanacaqlı olmuşdur!.."
Bu fikirlərlə o, ərinin yanına getdi. Kişi də oyanmışdı. Yerinin içindən baxırdı. Bəndalının anası nədənsə kişisinə belə bir sual verdi:
– A kişi, səni əsgər aparsalar, gedərsənmi?
Kişi dinmədi. Bu sual ona yersiz, bir az da lağ kimi gəldi. O yaxşıca başa düşürdü ki, arvadı onu Bəndalı ilə müqayisə edir, ona təhqirlə baxır.
Arvad bir də soruşdu:
– De görüm, əsgər aparsalar, gedərsənmi?
O özünü sındırmadı. Qılçalarını yorğandan qılınc kimi siyirdi, ayağa qalxdı, qəti cavab verdi:
– Niyə getmirəm, atıla-atıla gedərəm!
Arvad güldü:
– Atıla-ahla getsən, komandir qolundan tutub bayıra atar. Gərək addımnan yeriyəsən, ay yazıq!
Kişi arvadının hazırcavablığına pərt oldu. Durduğu yerdə ona əyri-əyri baxdı. Bir cavab tapmayıb papiros yandırdı. Sonra vacib bir söz xatırlamış kimi, dilləndi.
– Yəni bu Bəndalı bir sənin oğlundur, bəs biz də onun üçün zəhmət çəkib tər tökməmişik?
3
Bəndalı həyətə, ağacların altına çıxmışdı, hovuza və arxın qırağında bitən çiçəklərə baxırdı. Əlində də tapança kimi bir şey var idi. Anasını çağırırdı:
– Ana, üz-gözünü yaraşığa sal, bura gəl!
Anası gəldi. Bəndalı onun başından yaylığı açdı. Onu ərik ağacının altına gətirdi. Geri-geri çəkilib əlindəki həmayili şeylə arvadın başını tuşladı. Anası qorxdu:
– Nə qayırdığındı, ədə!
– Qorxma, ana, fotodur.
– Fəti nədir, o necə şeydir?
Bəndalı güldü, başa saldı:
– Qorxma, ay ana, bu, şəkilçəkən maşındır. Bir dəqiqədə sənin 12 şəklini çəkəcəyəm. Dost-aşnana payla, qoy baxıb kef çəksinlər.
Arvad yaxasını düymələdi, boğazım bağladı, özünü düzəltdi, gözünü fotoya zillədi. Lakin onun fikri ayrı yerdə idi. Fikirləşirdi ki:
– Görəsən, Bəndalı Yarpızı alar, ya yox?
Bəndalı şəkli çəkib qurtarmamışdı ki, uşaq bir kağız gətirdi. Yarpız öz əli ilə yazırdı:
– "Bu axşam bizə qonaqsınız!"
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-sefer
Use ← → keys to move, R for a random poem
More by this author
– Həmin bu qaşıq dərmanını içərsən, həbləri atarsan, gündə iki dəfə yaş dəsmal qoyarsan, iki gün sonra yanıma gələrsən.Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, dərmanı yazır, məsləhətlərini eləyir, axırda qayıdıb qəti tapşırırlar:
Ailə1Biz xəstəxanadan çıxdıq. Sanitar maşını bizi vağzala qoyub qayıtdı. Qaranlıq, həm də küləkli bir gecə idi. Külək uğuldayaraq aləmi ağzına almış, ağacları sağa-sola bükərək köklərinə qədər tərpədir, sanki torpağı oyatmaq istəyirdi. Biz saat yarım qatarı gözləməli idik. Mən çantamın üstündə oturub papiros çəkir, vaxtımı keçirirdim. Qapı ağzına çıxan Valeri pis bir xəbər gətirdi:
Həpəndovun məqaləsiTənqidçi Həpəndov arvadı ilə dərdləşirdi:– İndi də deyirdi, başlayıb ki, yaza bilməyənlər ittifaqdan çıxsın. Qoymayacaqlar girlənək. Gözləri də hamıdan qabaq məni görür, guya ki, yaza bilməyən bir mənəm.
OğulK ölgədə bitən ağacın k ölg əsi olmaz.1
Poems by other poets
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,