Səhra küləkləri kimi –Könlüm mülkündə duyğularGah soyuq, gah isti əsdi.Gah gecikdi,Gah tələsdi.Gah gözdə – göz yaşım dondu,Gah ürəyim oda yandı...Demədim, bəsdi! Duyğular!

Üzdüm fikirlər selindəXatirələrin elində...Kədər xəncəri əlindəYolumu kəsdi duyğular!

Gah ağlatdı xəlvət-xəlvət,Əzizlərdən açdı söhbət,Gah göstərdi mənə ülfət.Gah məndən küsdü duyğular.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets