Aşıq Alı, məzarını itirdik,Zalım qonşu qəbirləri düzlədi.Nə bir ovuc ordan torpaq götürdük,Nə dərdimiz qələmlədi, sözlədi...

Aşıq Alı, məzarını itirdik,Ələsgərin sümüklərin gətirdik.Ver dedilər, “qardaş” deyib ötürdük,Yaman “qardaş” yaman fürsət gözlədi.

Hara yazaq köçkünlərin sayını,Necə keçək biz göz yaşı çayını?Cavanların yaslı etdik toyunu,Qonşu bizi astarladı, üzlədi.

Hara qaçaq yamanların əlindən,Bu ahların, amanların əlindən?Aşıq Alı, ayrı düşdün elindən,Məzarını xain əllər düzlədi,Ey insanlar! Şər xeyiri izlədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death