Təklənmiş millətim
Qoçaqların şan-şöhrətin,Qorxaqların baş töhmətinOlan, təklənmiş millətim!Qoçağa, qorxaq deyilməz,Heç zərbədən dağ əyilməz.
Qalx, ey adı oğul olan,Torpağı düşmənə qalan,Meşələrdə donan balanQısasa çağırır səni,Qalx, qurtar doğma vətəni.Kömək gəlir yad ellərdən,O günü ağlayıram mən,“İanəyə” qaldıq nədən?Qəhrəmanım, gir döyüşə,Düşmənlərlə dur döş-döşə.Hanı o naz-nemət dolu,Açıq süfrən, vətən oğlu?Səadətin var bir yolu:O, namus, qeyrət yoludur,Düşmənə nifrət yoludur.
Laçının qəhrəmanları,Kəlbəcərin aslanlarıŞuşanın bəy cavanları,Qubadlının, Zəngilanın,Ay Ağdamın tərlanlarıBarlı bağlar, ağ saraylar –Sizi o torpaq haraylar.Qalx ayağa, dağ vüqarım!Qayıt yurda, namus, arlım!Gəncim, qocam, başı qarlım!Qalx, silaha sarıl dahaQalx, and verirəm Allaha!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-teklenmis-milletim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Ayağı dənizin suyundan içən,Başının üstündən buludlar keçən
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Şirmayı dillərBəstəkar Fikrət Əmirova*Ötün bülbül kimi şirmayı dillər,
Vətən nəğməsiEy dünyaya aydınlıq saçan odlar diyarı!Sən ey sönməz günəşin xəzangörməz baharı!