Ashiq Valeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Aşıq Valehin şagirdləri Calal və Əhməd sənət səfərinə çıxaraq gedib Araz yaxasında, Şahsevən kəndində bir toy məclisinə çıxır. Zəmanəsinin ən hörmətli adamlarından biri olan Hacı Mürsəlin oğlunun toyu olduğuna görə toyun aşıqları Ərdəbilli aşıq Mahmud və Aşıq Soltan olur. Aşıq Mahmud Valehin şagirdlərini əli sazlı görəndə kinayə ilə gülür və deyir. A bala! Aşıq Mahmud adı gələndə məşhur ustadlar sazlarını gizlədirlər. Siz də saz götürüb Mahmudun üstə gəlmisiniz? Calal deyir:– Usta bizi çox aciz bilmə. Biz də kamil ustada qulluq etmişik.
Aşıq Valehin Kərbəla səfəriAşıq Valehin yaradıcılığı Qarabağ xanı İbrahimxəlil xanın dövründə olub. Bəzi mənbələrdən məlum olur ki, Molla Pənah Vaqif ilə şəxsi dostluğu olub. O vaxt Abdal –Gülablının tabeliyi Heydər bəy öləndən sonra oğlu İsgəndər bəydə olub. Həmin vaxt Gülablının din xadimləri Molla Kərim və Molla Nuru adamları İsgəndər bəyin itaətinə çağırardılar.Bir gün töycü (vergi) üstündə İsgəndər bəy kənd adamlarına divan tutur. Evlərini qarət eyləyir. Bu vaxt kənd adamları aşıq Valehdən kömək istəyirlər. Aşıq Valeh aşağıdakı şeir – məktubu yazır və xalası oğlu Qənbərdən Molla Pənaha göndərir.