Firidun bey Kocharli · Essay
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Mustafa ağa təvəllüd edibdir Qazax mahalının Şıxlı adlanan qəryəsində hicrətin 1188-ci ilində. Bir rəvayətə görə, Ağakazım ağa Salikin--ki, xoştəb bir şair imiş və tərcümeyi-halı aşağıda zikr olunacaqdır,--böyük qardaşı imiş. Amma bir qövl də budur ki, Mustafa ağa Salikin əmizadəsidir. Qazi Səidəddin əfəndinin deməyinə görə, səhih əvvəlki qövldür.Mərhum Mustafa ağa fars, türk və hətta rus lisanlarını yaxşı bilirmiş, özü də ziyadə dindar, qeyrətkeş və həqiqətdə arif və dana bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrət və millətpərəstliyi ucundan çox bəlalar və müsibətlərə düçar olubdur. Belə ki, mərhum Mustafa ağa Şəmsəddinli Nəsib Sultan ilə dövlət nəzərində müttəhəm olub, zəval təriqi ilə Rusiyaya göndərilir və orada Kazan və bir rəvayətə görə, Xarkov şəhərində sakin olurmuş. Binəva Arif Rusiyada çox üsrət və zillət çəkir və axırda vətəni-məlufunun fəraqına, dost və əqrəbanın hicranına və düşmənlərin tən və şəmatətinə tab gətirə bilməyib, orada vəfat edir. Odur ki, Salik onun şənində demişdir:
Mirzəcan bəy MədədovMolla Pənah Vaqif dövrünün şairlərindən birisi də Mirzəcan bəy Mədədovdur ki, əslən Qarabağ mahalında Çanaxçı qəryəsindəndir və özü də məşhur general Valerian Qriqoryeviç Mədədovun ya əqrəbasındandır və yaxud onun özüdür ki, ondoqquzuncu əsrin ibtidalarında Rus ilə Osmanlı arasında vüqua gələn bir çox müharibələrdə ziyadə rəşadət göstəribdir və Qafqaziyanın bir çox yerlərini təsxir eləyibdir.Mirzəcan bəy əgərçi milliyyət cəhətincə erməni idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi. Müsəlmanlara çox yavuq olduğu üçün, onun əfkarü hissiyyatı müsəlman əfkarü hissiyyatı idi, nişəst-bərxastı onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları dost tutardı.
Bahar Şirvani - Mirzə Nəsrullah İbn mərhum Hacı Əbülqasım Şəmaxi "Bahar"Mirzə Nəsrullah Bahar Şamaxının ən müqtədir şairlərindən birisi hesab olunur. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil.Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Hacı Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur.
Hacıağa "Fəqir" OrdubadiAzərbaycan şüərasının məşhurlarından birisi də mərhum Hacıağa ibn Məhəmməd "Fəqir" təxəllüsdür. Fəqirin şərhi-halı və sirəti-əhvalı Naxçıvan, Ordubad tərəfdə və İranın bəzi şəhərlərində cümlə üdəbaya məlumdur. Hacıağa təvəllüd edibdir Ordubad şəhərində təxminən hicrətin 1252-ci[1] sənəsində. Ordubad Naxçıvan nahiyəsində İrəvan quberniyasında qədim qəsəbələrdən birisi hesab olunur. Əhalisi əksəriyyən müsəlmandır; ermənisi də var, azdır və onlar ticarətlə məşğul olur. Ordubad əlan İran ilə Rusiyanın sərhəddində vaqe və Rus dövlətinə mütəəlliqdir.[1] 1836.
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsMolla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.
Məhəmməd bəy Cavanşir "Aşiq" təxəllüsMəhəmməd bəy vələdi-Behbud bəy-Zəngilani "Aşiq" təxəllüs Aşıq Pərinin aşiqlərindən birisidir. Ziyadə qeyrətli, vəfadar və sahibi-kəmal bir vucud imiş. Dindar və həqq tərəfdarı olduğu üçün müasirləri arasında hörmət və izzəti çox imiş. Bununla belə düşmənləri də az deyilmiş. Belə ki, Rus dövləti Qarabağ xanlığının bir çox nöqtələrini təhti-təsərrüfünə götürdükdən sonra Zəngəzur mahalını dəxi zəbt etdi. Bu əsnada bəzi şurişlər o mahalda vuqua gəldi. Məhəmməd bəyin düşmənləri bu hadisədən nəfbərdar olub, onu dövlət nəzərində müttəhim qıldılar və ricali-dövlət dəxi onun haqqında söylənilən iftira və böhtanları təhqiq et[mə]miş, onu vətənindən çıxarıb Ordubad şəhərinə göndərilməsinə əmr verdi və o məkanda miladın 1861-ci sənəsində vəfat etmişdir.Hər qisim əşarı var isə də, mürəttəb divanı yoxdur. Əşarından nümunə üçün bəziləri burada zikr olunur. Mirzə Həsən Mirzəyə bəhri-təvil səbkdə yazdığı bir qəzəl:
Axund Molla Hüseyn Marağalı "Dəxil"Dilsuzun həmməslək və həməsrləri olan Azərbaycan şairlərindən məşhurudur ki, "Dəxil" təxəllüsü ilə iştihar tapıbdır. Dəxilin yazdığı asarın cümləsi cənab İmam Hüseynin müsibətinə məxsus, Kərbəla faciəsinə dair əhvalatdır. Dəxilin kitabı mərsiyəxanların əlində ən mötəbər kitabdır və bu kitabda Kərbəla əhvalatı bəzi yerdə nəsr ilə və əksərən nəzm ilə təhrir və tənzim olunubdur. Dəxilin Füzuli kimi nəsr ilə yazmaqda dəxi ziyadə qabiliyyəti və məharəti kəlamından məlum olunur. Necə ki, zeyldə yazılan sətirlər ona şəhadət edir.Vəqta ki, şahi-Kərbəla-seyyidüş-şühəda, yəni məzlumlar ağası İmam Hüseyn Kərbəlada yekkəvü tənha qalıb özünə kömək çağırırdı, ol cənabın ahü naləsi göylərə və yerlərə böyük çaxnaş və zəlzələ saldı və pərvərdigari-cəlilin təsbihü təhlilinə məşğul olan görübən müqərribin və məlaikeyi-səmavatü ərzin Kərbəla səmtinə mültəfit olub gördülər bir gülzardır ki, xiyabanın gülləri sineyi-əhli-matəm tək çak-çak, çeşmə kənarının səbzələri çeşmi-həsrət kimi nəmnak və sahəti-zəmini [misli]-daməni-gülçin sərasər laleyi-xun[in] və nəsimi-həvası manəndi-ahi-dilnişin və reyhanları yetim zülfü kimi qubaralud və sərvləri əsirlər ahı tək siyahəndud və qönçələri aşiqi-məhzun tək xunbar və sünbülləri zülfi-ərusani-matəmdidəmisal tarumar və rayiheyi-nəsimi əşki-əsiran ilə həmabü həva və həzarələri ətfali-qəriblərə həmnəva və cuybarı məcrayi-əşki-laləgun və çeşməsarı beeynih dideyi-pürxun, bülbülləri xamuş və bağbanı mədhuş: