Page 1 of 2

Mirzə Nəsrullah Bahar Şamaxının ən müqtədir şairlərindən birisi hesab olunur. Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil.

Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Hacı Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur.

Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar.

Bahari-namdar hicrətin 1251-ci tarixində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş.

Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şer və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmən tərcümə edərmiş. O cümlədən qəzəli-məşhurdan:

Moğan kəz daneye-ənqur ab misazənd,
Setareha şekənənd, aftab misazənd

--beytini belə tərcümə etmişdir:

Əngur danəsin ki, əzəllər şərab üçün,
Guya sitarələr pozulur afitab üçün.

Yenə məşhur beyti:

To ke, əz xordəne-mey ləle-ləbət rənginəst,
Bəs səbəb çist ke, mey təlx, ləbət şirinəst?!

--belə tərcümə qılmışdır:

Gər mey içməklə sənin ləli-ləbin rəngindir,
Səbəbi bəs nədi mey təlx, ləbin şirindir?!

Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur. Fars, ərəb və türk dillərini kamalınca təhsil etmişdir. Müasiri mərhum Abdulla bəy Asi kimi Bahar dəxi laübali və laqeyd bir şəxs imiş ki, kefi istədiyi kimi azadə dolanıb, heç kəsin hökmü fərmanına itaət etməzmiş və övqatını eyşü işrətdə keçirərmiş. Onun bu gunə rindisifət dolanmağını dayısı xoşlamayıb və bir qədər ona pul verib və mayəmləkdən ixrac etdikdə şair bədahətən bu məzmunda bir qitə demişdir:

Dayım məni Həzrəti-Adəm kimi
Buğda yedim çıxartdı cənnətdən.
Beş-on tümən nədir mənim karıma,
Şükri-xuda qurtardım minnətdən.

Dayısından aldığı məbləği bir az müddətin zərfində kənarda xərcləyib, şəhərə müraciətində həməsri olan Molla Qədir Naci Şirvani ilə görüşdükdə bu beyti bədahətən demişdir:

Bir aydan sonra gəldim şəhrə, ey Naci, hilalasa,
Məni el lağərü üryan görüb, meyil etmədi əsla.

Baharın bədihəguluqda binəzir bir şair olduğu müxəmməsi-məşhuri-atisindən aşikarən məlum olur. Şamaxıda məşhur Hacı İbrahim bəy bağında rüfəqaları Əndəlib Kaşani, Naci Şirvani, Seyid Şirvani və qeyriləri olduqda rəfiqlərindən birinin hüzurda olmadığına görə, xadimi onun dalınca göndərdikdə birqələmə yazdığı qəsideyi-bədihiyyəsidir ki, belə başlanır:

Neşəst aftabha, meye-ço aftab ku?
Ço şod neqare-məhleqa, piyaleye-şərab ku?
Sorude-rud, mey koca, təraneye-robab ku?
Became-bossədin koca meye-ço ləle-nab ku?
Becane-mən qolamikə konun şetabe-kar kon[1].

[1] Tərcüməsi:
Günəşlər hamı əyləşdi, günəşə bənzər mey hanı?
Ay qabaqlı gözəl necə oldu, şərab piyaləsi hanı?
Neyin nəğmələri hanı, rübabın təranəsi hanı?
Mərcan cam hanı, saf ləl kimi mey hanı?
Sən mənim canım, ay qulamciyəz, tez ol!

Cəhalət və təəssübün, ələlxüsus, təəssübi-cahilanənin düşməni olub, onun kökünü və rişəsini qazıb çıxartmaq üçün məhafilü məcalisdə məqalələr və gözəl nitqlər deməkdən əsla çəkinməzmiş. Məcalisdə sözlərinin haqq olmasını şafi dəlillər vasitəsilə sübuta yetirərmiş. Belə ki, bir kərə bir məclisdə mövhumat və əsatiri-əvvəlin babında mübahisəyə girişdiyi vaxt tərəfi-müqabilə söz anlatmaq üçün bir misal gətirmişdir. Belə ki, deyibdir: "Əfəndilər! İndi mən bu divara bir inək şəkli çəkərəm və o inəkdən sizin üçün süd sağaram". Müstəmein iştiyaqi-tamam ilə israr etmişlər ki: "Cənab mirzə, lütfən mərhəmət edin, bir baxıb seyr edəlim". Bahar cavabında demiş ki: "Bəli, əfəndilər, sizlər mötəqid olduğunuz mövhumatın əksəri bu qəbildəndir. Bunca təfəkkür və təəqqül etmirsiniz ki, divara çəkilmiş inək şəklindən süd sağmaq məhal və qeyri mümkündür. Bu payədə sadəlövhlükdən süd tələb edirsiniz".

Necə ki, zikr olundu, mərhum Bahar müasiri Abdulla bəy Asi və Seyid Şirvani kimi badəpərəst olub, çox açıq və xövfsüz meyi-nabı tərif qılarmış və bəzi vaxt Şeyx Xəyyam kimi onun tərifində əndazədən keçərmiş. Necə ki, bir məclisdə münasibətən bu beyti oxumuşdur:

Bade vəhyəsto səbukeş cəbrəil,
Hər ke inra mixorəd, peyğəmbərəst[2].

[2] Tərcüməsi:
Badə vəhydir, Cəbrail isə saqi,
Hər kim bunu içsə, peyğəmbərdir.

Əhli-məclis bunu eşidib küllən əleyhinə qiyam edib, onu tənü lən etməkdən çəkinməmişlər. Təkfirinə üləmadan dəxi hökm olunmuşdur. Əlhəqq, Baharın bu halı biçarə Abdulla bəyin halına çox müvafiq gəlir. Hər iki şair ziyadə xoştəb və şirinkəlam və nəcib və xoşxülq olduqları halda əsiri-badeyi-gülfam və şərabi-bədfərcam olub, abru və hörmətlərini itirib, təbi-rəvanpərvərlərini boş şeylərin üstünə sərf etmişlər.

Yuxarıda zikr olunan vəqədən sonra mərhum Mirzə Nəsrullah Şirvanda artıq iqamət edə bilməyib, tərki-şəhru diyar edib İrana müsafirət etmişdir və Tehranda Nəsrəddin şaha bir qəsideyi-qərra təqdim etmiş ki, mətləi budur:

Şəbəm benalevo ruzəm qozəşt dər tari,
Fəğan ze gərdeşe-in asemane-zənqari.

Qozəşt əz səre-bam aftabe-omr hənuz,
Ze bəxte-xofte nədarəm omide-bidari.

Xəmide şod qədəm əz bare-mohnəte-əyyam,
Bəli, xəmide şəvəd qamət əz gəranbari.

Mənəm sepehre-qəmin şadəm ke, şəb ta sobh
Setarehaye-sereşkəm konənd səyyari.

Bebustane-cəhan həmço bide-məcnunəm
Konəm tərəqqiye-məkus dər nequnsari[3] i.a.

[3] Tərcüməsi:
Gecəm nalə, gündüzüm qaranlıqda keçdi,
Fəğan bu paslı göylərin dövranından.
Ömrümun günəşi damımdan keçdi,
Artıq yatmış bəxtimin oyanmasına ümidim yoxdur.
Dövranın möhnətindən qəddim əyildi,
Bəli, ağır yükdən qamət əyilər.
Mən qəmli asimanam, xoşbəxtəm ki, gecələr sübhə qədər
Göz yaşımın ulduzları seyr edirlər.
Dünya bostanında məcnun söyüd kimiyəm,
Üzüaşağı--əksinə tərəqqi edirəm i.a.

Bu qəsideyi-qərra vasitəsilə Mirzə Nəsrullah şahın xidmətində təqərrüb hasil edib, hüzur şüəralarından məhsub olmuşdur və axırda "Məliküşşüəra" ləqəbini almışdır və ona şahın xəzinəsindən məvacib təyin olunmuşdur. Haman vaxtlarda şair xaricdən bir müəllim tutub fransızca təlim almağa məşğul olub, bir az vaxtın ərzində firəng lisanını bir dərəcədə kamil öyrənmişdi ki, o dildə şer deməyə dara olmuşdur. O cümlədən ərəbcə, farsca, türkcə və fransızca dediyi bir qəzəldir.

Ərəbcəsi:
Əya xilləti qəd nəqəztil-uhud,
Aufərti minhu yaumə məhsud[4].

[4] Tərcüməsi:
Ey dostum, əhdlər pozuldugundan
Həsrətli günlərim çoxaldı.

Farscası:
Ze dəste-fərağət çenan zar geryəm--
Ke əz dide cari konəd Zenderudi[5].

[5] Tərcüməsi:
Sənin ayrılıgının əlindən elə zar-zar arlayıram,
Sanki gözdən Zindərud (daşqın çay) axır.

Türkcəsi:
Yetişməzmi naləm sənə, ya ilahi,
Dağıtmazmı ahim bu çərxi-kəbudi?

Fransızcası:
Siel, ou suis--je, ou etais--ye ou seral--ye ah?
Reut on supproser une nouvelle assez rude?
Shere amie serai--ye en etat de desouvrire?
Vous vestige en Est, Oueste, nord, sud[6]?

[6] Tərcüməsi:
Mən nerdəyəm, mən nerdə idim, nerdə olacagam,
Bu qədər çətin bir müəmma olurmu?
Ey dost, mən səni bula biləcəkmiyəm
Şərqdə, qərbdə, şimalda ya çənubda?

Məşhur rəvayətə görə, Mirzə Bahar 1295-ci sənədə Tehrandan Təbrizə əzimət qılmışdır və burada təəhhül ixtiyar edib sakin olmuşdur. O vaxtlarda Təbrizdə iqamət edən ingilis səfiri ilə tanış olub, səfir şairin elmü kamalını və əxlaqi-həsənəsini görüb onunla səmimi dost olmuşdur. Tarixi-hicriyyənin 1300-cü ilində ki, miladın 1883-cü sənəsinə mütabiqdir, aləmi-bəqaya rehlət edib və "Məqbərətüşşüəra"da vətəndaşı Xaqaninin həmsayəliyində dəfn olunmuşdur….

Vəfatından sonra rəfiqi olan ingilis səfiri mərhumun türkcə, farsca və fransızca olan təranələrini və əsərlərindən bəzini əmanət təriqi ilə almış ki, London şəhərində təb etdirsin, vəli tabəhal ondan bir xəbər və nişanə yoxdur. Ancaq mərhum Baharın tərcümeyi-halına dair məlumatı möhtərəm Hacı Səfdər Şirvani cəmləşdirib lütf üzü ilə bizə göndərmişdir. Ol cənabın yazmağı ilə şairin əlhal əldə olan əsərlərindən məşhuru bunlardır: türkcə — "Qəzəliyyat"ı, farsca — "Divani-qəsaidü qəzəliyyat"ı və "Töhfətül-İraqeyn" adlı məsnəvisi və "Nərgis və gül" adlı bir kitabı vardır ki, heç biri hala təb olunmamışdır. Bu əsərlərin heç birisi bizim nəzərimizə çatmayıbdır. Ancaq bir neçə qəzəliyyat fars lisanında bizə Ağaəli bəy Əfəndiyev "Naseh" təxəllüs göndəribdir ki, çap olunur.

Qəzəli-Bahar:

Nemiquyəm ke, del əz dəst giro şad kon mara,
Əgər bini ze pa oftadeira, yad kon mara!

Becan dadən nəxahəm şekve kərdən əz cəfaye-to,
Təvani hər çe, ey namehreban bidad kon mara!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Cəfərqulu xan "Nəva" təxəllüs

Mərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.

192512 min
Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüs

Molla Pənah əsrinin möhtərəm şairlərindən birisi də mərhum Əbdürrəhman ağa Dilbaz oğlu "Şair" təxəllüsdür ki, əslən Qazax mahalından Xanlıqlar qəryəsindəndir.Bəzi müfsidlərin--ki, Əbdürrəhman ağa ilə şəxsi ədavətləri var imiş,--şeytənəti ilə Gürcüstan hakimi İrakli şah şairdən bədgüman olur ki, guya Əbdürrəhman ağa Qazax mahalının Cavad xana tabe olmasına soy və kuşiş edir və Cavad xan ilə həmsirdir, onların mabeynində bir para siyasi və mühüm məsələlər barəsində məxfi göftügulər olunur. İrakli şahın qəzəbi cuşa gəlib şairin haqqında böyük zülm və siyasət edib gözlərini çıxartdırır.

19256 min
Əsgər Şirvani

Əsgər Şirvanidən bir qəzəl burada təb olunur:Qəlili-dəhrdə, ey dil, bu ömri bivəfa gördüm,

19251 min
Əbülfət xan "Tuti" təxəllüs

Əbülfət xan Qarabağ valisi İbrahim xanın oğlanlarından rəşid, fəsih və əhli-kəmal bir zat imiş. Təbi-şeriyyəsi dəxi var imiş. Necə ki, Molla Pənah Vaqifin tərcümeyi-halı babında zikr olunmuşdu, İbrahim xan mərhum general Zubov Gürcüstan valisi İrakli xanın istimdadına gəlib Şamaxı həvalisində ordusu ilə əyləndiyi vaxt oğlu Əbülfət xanı onun hüzuruna sülh və izhari-itaət üçün göndərmişdi. Amma sonradan elə ki, Ağa Məhəmməd şah Şuşa şəhərində qətlə yetişdi və İranda ümuri-səltənət Fətəli şahın əlinə keçdi, İbrahim xanın meyli bir növ şahi-məzkurun tərəfinə əlaqə bağladı. Ağa Məhəmməd şahın nəşini, Fətəli şahın tələb etməsinə görə, ezaz və ehtiram ilə Tehrana rəvanə eləyib, bir para xoşayəndə peyğamlar dəxi ilqa etdi.Fətəli şah İbrahim xanın bu gunə rəftarından ziyadə xoşhal oldu və ona xələt və şəmşir göndərib bir çox vədələr verdi və hər iki tərəfə xatircəmlik hasil olmaq üçün qərabət və qohumluq təmənnasını izhar qıldı. İbrahim xan öz kəriməsi Ağabəyim ağanı şaha əqdinikah edib, onunla belə oğlu Əbülfət xanı da--ki, o vaxtı ağa idi,--şahın hüzuruna yolladı. Şah Ağabəyim ağanın kəmalını və hüsni-camalını görüb, onu cəmi əhli-hərəm üçün böyük və banuyi-hərəm təyin elədi.

19253 min

Poems by other poets