Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə,Lütf ilə nəzər qıldı mana, sundu piyalə.
İçdim qədəhi-pürmeyi mə’şuqə əlindən,Cismim qamu can olduvü can uğradı halə.
Can məsti-ələst olduvü la-yə’qəlü heyran,Könlüm qədəhi dürdü içib irdi zülalə.
Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq,Həqqa mey içənlər irişərlər bu xəyalə.
Hər kimi ki, yaxmadıvü yandırmadı firqət,İrmədi Xəlil kimi bu gün nuri-vüsalə.
Yandırdı, bəli, eşqin odu, qıldı məni kül,Eşqində kül olan irişər külli-kəmalə.
Dəxi nedərəm dünya mənə ərzani qılsa,Səni dilərəm, qılma məni qeyrə həvalə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, qədəh iç, əbsəm, əzəldən şəhi-təqdirHər kimsəyə öz qədri ilə sundu nəvalə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-bir-saqiyi-baqi-ki-vefa-qildi-vusale
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
چه بلند بختی ای دل که به دوست راه داری
Qəzəl: Atma zinhar sitəm daşını divanələrəAtma zinhar sitəm daşını divanələrəKi pərilər yığılıbdır bu pərixanələrə
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Əliağa VahidəVahid! Eldə əziz şairimiz,Adı hər dildə əziz şairimiz!