Bu nə adətdir, ey türki-pərizad,Qəmindən olmadım bir ləhzə azad.

Siyəhdil gözlərin qan tökmək üçünÇəkibdir tiğini manəndi-cəllad.

Bu bidadı mana eşqin qılıbdır,Cahanda qılmadı Nəmrudü Şəddad.

Rəvamı, könlümün şəhrində səndənFəraqü qüssəvü qəm tutdu bünyad.

Gəl, ey Şirindəhən, eşqin yolundaMənəm ol kuhkən biçarə Fərhad.

Nəzər qılgil bu viran könlümə, şah,Qılır sultan olan viranı abad.

Bir eyü ad edin fani cahanda,Ululardan cahanda qaldı bir ad.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsiminin kəlamından eşitgil,Vəfasızdır cahan, sən qılma bidad.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love