Düşdü könül ala gözün ağınavü qarəsinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Düşdü könül ala gözün ağınavü qərasinə,Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə?
Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə,Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?
Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim,Eyləmişəm fəda anın canımı hər bəlasinə.
Çünki cəfasız, ey könül, kimsə murada irmədi,Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə.
Nurü səfa içindəyəm qərğə, vəli, bu halətiOl nə bilir ki, düşmədi mehri-rüxün həvasinə.
Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa,Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə.
Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək,Düşməsin arisiz nəzər ayinənin səfasinə.
Dilbər əlində aşiqin qətli nədən həram ola,Aşiqə çün həlal edər vəslini qan bəhasinə?
Maqta — the closing couplet bearing the poet’s pen name. Çün bu yalançı dünyanın aqibəti fəna imiş,Keç qamudan Nəsimitək, baxma anın bəqasinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-dusdu-konul-ala-gozun-aginavu-qerasine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,