Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?Boyu sərvi-bustani, yanağı güli-tərimi?

Ləbi-canfəzayi-lə’lin urar abi-Xızra tə’nə,Bu şəkər dodaqlı, yə’ni sözü şilə şəkkərimi?

Düşərəm oda göricək bu mələknijad huri,Əcəba, bu Çin bütünün üzü nəqşi-azərimi?

Gecələr gözü xəyalı götürər gözümə şəbxun,Bu gözü hərami cadu, qaşı yaylı çərimi?

Gözü, qaşı, zülfü, xalı ki, iki cahanı aldı,Qamu bir əmiri-hüsnün sipəhivü ləşkərimi?

Tökülür sözə gəlincə dürü lö’lö ləblərindən,Əcəb ol sədəf dəhanın dişi nəzmi-gövhərimi?

Maqta — the closing couplet bearing the poet’s pen name. Saçı ilə həmdəm olmuş bu şikəstədil Nəsimi,Gəl inanmaz isən uş gör dəmi mişki-ənbərimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love