Əhdə vəfa eylədi yari-vəfadarımız,Yar ilə gör kim, necə düşdü əcəb karımız.

Eşqi-cəmalın məni kəndüdə məhv eylədi,Oldu tamam uşbu gün eşq ilə bazarımız.

Qəmzələrin sirrini canda dedim saxlayım,Daşrə buraxdı könül pərdədən əsrarımız.

Eşqə əlac istəmə, dərdinə səbr eylə, dur,Gör ki, nə dərman qılır yari-dilazarımız.

Kim ki, səni sevmədi, eşqinə can vermədi,Yoxdur anın həqqinə zərrəcə iqrarımız.

Zahid əgər aşiqə münkir olur, qəm degil,Həq bizə oldu əyan, qalmadı inkarımız.

Əhdə vəfa eyləgil, ta deməsin müddəi,Qövlü qərar üstünə durmadı dildarımız.

Batinə kar eylədi eşqi-rüxün şoylə kim,Tə’nə urar altunun rənginə rüxsarımız.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gərçi Nəsimi sözün dadını verdi, vəliDadə gətirdi anı ləfzi-şəkərbarımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love