Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.

Ey həbibim, ey təbibim, ey bütüm, ey həmdəmim,Ey rəfiqim, ey şəfiqim, ey ənisim, dilbərim.

Ey baharım, ey nigarım, ey şikarım, şahidim,Ey hərifim, ey zərifim, ey şərifim, sərvərim.

Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,Sağərim, şəm’im, şəbistanım, məlayikmənzərim.

Ey riyahin rahətim, ruhi-rəvanım, lütf ilə,Sərfərazim, sərkəşim, şuxü səadət əxtərim.

Ey mənim xurşidü mahım, ey çırağım, fanusum,Şux çeşmim, lütfi-şahım, ey mübarək peykərim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Eşqin aldı əqlü huşum, könlümü yəğmaladı,Söylə axər, ey Nəsimi, cani-dildən çakərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love