Firqətin dərdi, nigara, bağrımı qan eylədi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Firqətin dərdi, nigara, bağrımı qan eylədi,Ruzigar oldu müxalif, vəsli hicran eylədi.
Canımı, yə’ni vüsalından kim, ayırdı fələk,Gəl bu cansız aşiqi gör kim, nə bican eylədi.
Bağrımın qanın gözümdən axıdar hər dəm qəmin,Ey sənəm, şövqün məni gör kim, nə giryan eylədi.
Dərdimin dərmanını fəzlindən Allah eyləyə,Hər dəvasız dərdə çün oldur ki, dərman eylədi.
Sirri-eşqin gəncimiş, anın yeri viranədir,Yıxdı eşqin könlümü, ol gənci viran eylədi.
Səndən ayru düşdügüm məndən degil, təqdirimiş,Həqdir, ey can, hər nə kim, təqdiri-yəzdan eylədi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Canını verdi Nəsimi çün saçın zəncirinə,Neçin anın məskənin zəncirü zindan eylədi?
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-firqetin-derdi-nigara-bagrimi-qan-eyledi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Öldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
ŞeirO axşam gəldim sizə,Nə hörmət etdin bizə?
Vurğun göylərMənə elə gəlir vurulub göylərYerin cəlalına – bağçaya, bağa,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram