Rəvanmıdır, rəvamıdır, həbibi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Rəvamıdır, rəvamıdır, həbibiKi, oda yandırasan mən qəribi?
Məni bu dərdi-eşqə sən buraxdın,Yenə sənsən bu dərdimin təbibi.
Cəmalın gülşənindən haşalillahKi, məhrum döndərəsən əndəlibi.
Qaşın mehrabına baş qoymayanlarMəgər boynunda bağlıdır səlibi.
Canımdan kəsmişəm, dilbər, ümidi,Vəli səndən kəsə bilməm rəqibi.
Yaza kirpiklərin, nəsrən minallah,Oxur dodaqların fəthən qəribi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsiminin bu xublar filqətindənCəfavü dərd imiş ancaq nəsibi.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-revamidir-revamidir-hebibi
Use ← → keys to move, R for a random poem