Yandırıcı firqətin yaxdı məni narinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Yandırıcı firqətin yaxdı məni narinə,Könlüm ulaşmaq dilər yari-vəfadarinə.
Eşqə əsir eylədi canımı şol cövri çox,Lütf ilə bir baxmadı yari-giriftarinə.
Oldu gözümdən iraq şol sənəmin surəti,Yarəb, irişdir məni dövləti-didarinə.
Gərçi süzülmüş gözü eylədi sayru məni,Rəhməti anın qanı aşiqi-bimarinə?
Yürəgimi yarəli eylədi şövqün, iriş,Yarəsinə bax bu gün, qoyma anı yarinə.
Yandırıram canımı şəm’inə pərvanətək,Yanar imiş yar üçün vasil olan yarinə.
Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı,Yox tut anı, heçə say, qalma onun varinə.
Eşqinə qalu bəla çün demişəm sidq ilə,Əhdini sındırmazam, durmuşam iqrarinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Yarə Nəsimi kimi canını qurban edən,Məhrəm olur ta əbəd məxzəni-əsrarinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-yandirici-firqetin-yaxdi-meni-narine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ala gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.