Əjdaha
Üç doqquz çevrilibüç sıfır oldu,Bizlər salamladıq bir daha ili.Pişikdən adlayıb dünən şir oldu.Bu günsə gəlibdir əjdaha ili.
Biz sinə gəririkdaşqın bir selə,Günlər ömrümüzdən izsiz də keçmir.Heyvanlar ilbəil dəyişir belə,İnsanlar görəsən niyə dəyişmir?
Günahkar boynundamin günah qalır,İnsansa uludur insanlığında.Xeyirxah yenə də xeyirxah qalır.Bədxahla nadansa nadanlığında!
İlin çiçəklərierkən solur ki,Bir daha boylansın gələn bahardan.Elə əjdahalar peyda olur ki,Əsl əjdaha da qorxur onlardan.
Çökür ürəklərəod qarsa-qarsa,Qəm sevənə düşür, dərd intizara.Beşbaşlı əjdaham,Hünərin varsa,Döz, ikiayaqlı əjdahalara!
Yuxusuz gecələrsabaha kimi,Biz ahlar çəkirik, qəlbimizdə sirr.
Ağzını açaraq əjdaha kimiDövran da bizləri güdür birbəbir.Əjdaham,Birilliksən bərqərarsan,Bir başın vurulsa, sən yenə varsan!
Bizim baş kəsilirküt bir bıçaqla,Dövranda rəhim yox,ağla, ha ağla!Gəlmisən,Çəkilsin,qəzavü-qədər,Qoy xeyir-bərəkət gəlsin izinlə.Başım sağ qalarsa, o vaxta qədər,Bəlkə aparasan məni özünlə?
2-30 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ejdaha
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şad olamazmı bilür bir qəmi-aləm nə imiş,Mən ki, qəm həmdəmiyəm, mən bilürəm qəm nə imiş.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım