Sirli bir dünyadırSanki hər ömür,Baxışlar mehriban,Söz səmimidir.Onun özü gülür,Gözləri gülmür.Bəlkə göz sükutu —Ürək qəmidir.

O, zərif əllərdənTutdum mən dünən,Əl varmı, beləcəSehirli olsun?O, üzdən bu qədərXoşbəxt görünənNə üçün bu qədərKədərli olsun?Ensə üfüqlərdənAğ bir göyərçin,Olar göy sularınBəyaz dalqası.Eyni bir taleyəYazılır neçin,Kədər ümmanıylaSevinc damlası?

Ürək ovunmayır,Şirin söz ilə.O gözlərdə yananKəhkəşan deyil?Hamıya mehribanOlan gözələ,Nə üçün təbiətMehriban deyil?

Hərdən göz yaşınıSilən gözlərə,Uzaq ulduzlarınNuru tökülsün!Biz çox alışmışıqGülən gözlərə,Gülməyən gözlərinQoy bəxti gülsün!

10 may 1999

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets