Məhkum
Bəlkə vaxtsız əsənSəmumdur insan.Səhrada sovrulan tufana məhkum.Onsuz da ölümə məhkumdur insan,Ölümdən də betər hicrana məhkum!
Yolları ayrıdırXeyrin, şərin də,Susan həqiqətlər yalana məhkum.O qədər mələk var yer üzərində,Dedim ki, olmaram şeytana məhkum!
Ürəkdən ürəyəKörpü atıram,Özümsə uçruma, yarğana məhkum!Mən ki, dərdlər alıb, qəmlər satıram,Belə alış-veriş ziyana məhkum!
Yer üzü titrəyər,Göy üzü ağlar,Dünya faciəli zamana məhkum.Çiynində günəşi gətirən dağlar,Görürsən bir qatı dumana məhkum!
Bəşərin dərdiniHər an çəkən mən,Yaşaram əlaca, dərmana məhkum.Bir damla su üçün təşnə ikən mən,Olmuşam bir duzlu ümmana məhkum!Mən ki, heç bilmədimNiyə doğuldum?Əsrə məhkum gəldim, cahana məhkum.Özümü bir sarbanSaysam da,OldumMənzilə çatmayan karvana məhkum!10 noyabr 1996
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-mehkum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən