Altıağacda
Dünya şöhrətli alim dostum,professor Rafiq Yusifliyə
Silinsin ürəkdənHəsrətin qəmi,Müqəddəs yer deyə,göy deyə gəldik.Dağlar ən ilahiehramlar kimi,Dostumla dağlarısəcdəyə gəldik.
Başımız üstündə zərli qanadlar,Kəhrəba çinarlar, qızıl palıdlar.
Belə yer dünyada deyin varmıdır,Meşə pıçıldayır, bulaq danışır?Günəşdən süzülən ulduzlarmıdır,Ya kəhraba yanır, qızıl sayrışır?
Sirli bir qələmlə söz yaza-yaza,Ağaclar zər səpir yollarımıza.
Mən burda payızın oğlan çağında,Meşələr qoynunda necə zənginəm.Haçan axşam düşür —Ay işığında,Palıdlar boyanır polad rənginə.Bu dağlar nə uluBir əfsanədir,Burda xəzan özü zər xəzinədir.
Qarşı zirvələrdə maral göründü,Sonra birdən-birə xəyala döndü.
Ömrünü qoydumu güllə yarıda?Şair burda dayan, şair burda dur!Mehriban dağların ovçuları daİnsafsız olmayır, mehriban olur.
Sehirli səslərlə doludur cahan,Dinir büllur çayla, parlaq şəlalə.Bir zirvə danışır Cəfər adından,Bir zirvə danışır Müşfiq dililə.
Dönürük, bizimləqoşa gedirlərKəhrəba çətirlər,qızıl çətirlər.Gedir dağ amanı, ahı bizimlə,Gedir dahilərin ruhu bizimlə.Torpaq ətirlidir,səma ətirli,Nağıl dünyasına dəydik qayıtdıq.Yerlər möcüzəli, göylər sehirli,Cənnət qapısınıdöydük qayıtdıq.
Oktyabr-Noyabr 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-altiagacda
Use ← → keys to move, R for a random poem