Kimsəsiz bir ada istəyirəm mən
Həyatda möcüzə gözləyirəm mən,Kimsəsiz bir ada istəyirəm mən.Dərəsi yamyaşıl, dağı yamyaşıl,Öyrəndim dilini torpağın, daşın.Onsuz da hər addım ağır bəladır,Orda dağ bilmərəm, qaya bilmərəm.Axı, yer kürəsi özü adadır,Mən onu kimsəsiz qoya bilmərəm.Sirrini pıçıldar göy otlar mənə,Bəyaz kəfən biçər buludlar mənə.Quşun bir dili var, — sözü bəllidir.Niyə insan oğlu iki dillidir?Üstümdə heybətli qanad çalsa da,Bayquşla dinərəm aram-aram mən.İnsanla dil tapmaq çətin olsa da,Orda ilanla da dil taparam mən.Özüm oxuyaram, özüm oynaram,Özümü nə qədər xoşbəxt sanaram.Birdən şeir yazdım, kimə gərəkdir!?Bəlkə səhər bülbül dinləyəcəkdir?Birdən kimsə görsə, aman, xudaya,Deyər "dəli" gəlib bizim adaya.Şair yaşasa da öz aləmində,Məyər dəli azdır söz aləmində?Qoy ağlı itirim, azadlıq tapım,Bəlkə xoşbaxtlığa açıldı qapım.Şeir var, kitab var, demək varıq biz,Hərəmiz bir cürə günahkarıq biz.Qoy sonsuz dəryada coşsun dalğalar,Beş gün azadlığa ixtiyarım var.Fəqət görünməsin bir kabus kimi,Üfüqdən tələsən xilaskar gəmi.
Zirehli qayalar evimdir mənim,Dağlara sədaqət — sevgimdir mənim.Vurduqca özümü ümmana, çaya,Birdən bir ilahə çıxsa qarşıya?...Dünya ilahəsi uçdu yuxu tək,Ada ilahəsi nəyimə gərək!
5-26 sentyabr 1989
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kimsesiz-bir-ada-isteyirem-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
SamavarMən səni çox sevirəm,Bilirsən halım, samavar!
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.