Buruqlar göz qırpır dənizdə tək-tək,Xəzərə bağlıdır qəlbin haçandır.Bahardır, hər tərəf yenə gül-çiçək,Baharda ayrılmaq daha yamandır,Saxlaya bilmərəm axı, mən səni,Qəlbinin özüdür səsləyən səni.

Şütüyür ləpələr qanadında nur,Bir sükut içində yatır bağça-bağ.Ürəyim eşidir, ürəyim duyur,Dənizin qoynunda tufan olacaq.Saxlaya bilmərəm axı, mən səni,Xəzərin özüdür səsləyən səni.

Dəniz də baş əyir qəhrəmanlara,Mənim ürəyim də səninlə gedir.Tufanlar qoynunda boy atanlara,Tufansız yaşamaq ölüm kimidir.Saxlaya bilmərəm axı, mən səni,Tufanın özüdür səsləyən səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring