Boylanır üfüqünYanar atəşiTəbiət salamaDurur günəşiDan yeri qızaranda.

Dağlar da görünürDağlardan yüksək,Qızıldan tökülmüşAbidələr tək,Dan yeri qızaranda.

Şəlalələr uçanBüllura dönürÇaylarsa çağlayanZər nura dönür.Dan yeri qızaranda.

Durna qatarlarıYaza xoş gəlirDurna yox elə bilQızılquş gəlir,Dan yeri qızaranda.

İnsan oğlu erkənÇatır zəmiyəÖz halal ruzumuTez yığım — deyəDan yeri qızaranda.

Yatır nurlu yerəBu parlaq səhərZərli bir dəryazdanQızıl sünbüllərDan yeri qızaranda.

Tərini silərəkOturur insan,Sonra da göylərəÜz tutur insan,Dan yeri qızaranda.

Deyəsən olacaqRuzum bol Günəş!Şükür Allaha!Sən də ki, var ol Günəş,Dan yeri qızaranda.

17 iyul 2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets