Tarixdən gələn səs
"Cənnət qılıncların kölgəsindədir"Həzrəti Məhəmməd
Qılınc ovxarlanıbhaçan, hansı gün?Döyüşdə səslənib,səslənəcəkdir.Bəli, cənnəti də qorumaq üçünDüşmənə od saçan qılınc gərəkdir!
Ahı ərşə çatırDağın aranın,Amma başım üstdə inam tacı var.Cənnət dediyimiz Azərbaycanın,Qılınca ən böyük ehtiyacı var.
Satqınlıq bura yolAçandan bəri,Torpaq nalə çəkdi.El darda qaldı.Nə çoxdur tərəzi cingiltiləri,Qılınc cingiltisi bəs harda qaldı?
Daha bəlalaraDeyək: — Əlvida!Qılınc qığılcımı yadı dağlasın!Qəzəb qılınc kimi iti olsa da,El zağlı qılıncı uca saxlasın!
Bir söz əsrlərcəMəşhur olubdur,Qılıncı pas atan insan məğlubdur!
11 oktyabr 1997
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-tarixden-gelen-ses
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Dəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.
Bizi məyus edən dəhrdə məyus olsunDüşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
Qalır ocağımız, közümüzKülək bir yarpağı aldı, apardı,Dedim, təbiətdə bu tufan nədi?
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.