Ana xalısı
Heykəldir o ömrünBoz sahilində,İllərin zəhməti,Böyük hünərdi.Rəngbərəng naxışlarAna əlindəArfa telləri təkNalə çəkərdi.
Bizi çulğamışdıKasıblıq, azar.Amma ki, sənətinGörünür yeri.Dəyər-dəyməzinəGedən xalılarGörəsən bəzəyirHansı evləri?
Atam mən uşaqkənKöçdü dünyadan.Ana qayğılarıBirə min oldu.Qəmli bir kəcavəApardı zaman,Anam cavan vaxtıSaraldı, soldu.
Ağrılar ürəkdə,Kədər üzündə.Beli əyilmişdiXana üstündə.
Dilində dualar,Qəlbində inam.Dağı əridərdiKönlünün dərdi.
Özü yazı yazmaqBilməyən anamXalıya ən müdrikSöz köçürərdi.
Gəldi taleyinəAcı bir təlaş,Fəlakət qapınıÇox erkən döydü.Dörd oğul itiribBircə də qardaş,Ana sənətiləÜç qız böyüdü.
Anam çəmənlərəErkən çıxardı.İplərə boyaqçınGüllər yığardı.
Alnından astacaTəri silərdi,Onunla düzlərinƏtri gələrdi.
Boymadərən, sarı çiçəkDəstə-dəstə ləçək-ləçək.Bağda bitib nar ağacı,Budaqlarda ulduz tacı.
Naxışlar dönərdiAsimanlaraAsiman dönərdiKəhkəşanlara.İlmələrdə qopanUlduz tufanı,Nura boyayardıBütün dünyanı.
Mən necə ayrılımQəm illərindən.Düzlərə çıxıramMən səhər-səhər,Özü çoxdan köçübYer üzərindən,Ana xalısıdırÇöllər, çəmənlər.
20-21 iyun 2004
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-ana-xalisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
پروانه آن شمعم، گر نار نداند به
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
ÜzüldüGecə-gündüz intizarın çəkməkdən,Yolun gözləməkdən canım üzüldü!
Aşıq oldum gene tazəAşıq oldum gene tazəBir nov cavanə, cavanə