On yeddi yaşın nəğməsi
(Arzunun öz anasıyla xəyalı söhbəti)
— Dəniz olmaqistəyirəmay ana,Öz sinəmi göylər üçün açaram.— Yox, ay bala,anan qurban boyuna,Dəniz olsan, necə səni qucaram?— Zirvə olmaqistəyirəm,ay ana,Ucalardan hər an səni araram.— Yox, ay bala,anan qurban boyuna!Necə onda saçlarını dararam?— Günəş olmaqistəyirəm,ay ana,İşıq alsın məndən torpaq, asiman..,— Yox, ay bala,anan qurban boyuna!İşıq verib sən özün də yanarsan!— Bulaq olmaqistəyirəm,ay ana,Dağdan axım bağçaya mən, bağa mən...— Yox, ay bala,anan qurban boyuna!Özün dağsan,sığarmısandağa sən?— Nəğmə olmaqistəyirəm,ay ana,Mən səslənim, batma dərdə, qəmə sən!— Ol, ay bala,anan qurban boyuna!Sən onsuz damənə sonsuz nəğməsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-on-yeddi-yasin-negmesi
Use ← → keys to move, R for a random poem