Küsəyən
Eşqin özündədirQəribə sirlər,Məgər şirin sözdənKüsərmi insan?Artar küsəyəninPayı, — deyirlər.Sənə sevgim artırSən küsən zaman!
Bəzən yol açırsanKimsəsizliyə,Qalıram dəryadaTək ada kimi."Xudafiz" — deyirəm,Bilmirəm niyə,Səninçin səslənir"Əlvida" — kimi?!
Sənə tapılarmıTay küsəyənim?Qulluq edənim yox,İş görənim yox.Axı sən küsəndəAy küsəyənim,Mənim küsü aşıBişirənim yox!
Eyni ürək vururİki sinədə,Mənim bir sevimliKüsəyənim var.Səhər ayrılırıqAxşam yenə dəKüsəyən adındaGözləyənim var!11 may 1999
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kuseyen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bağdadın libası al-əlvan olar,Baharı xoş keçər, qışı bilinməz.
MəscidinNabələddim, mən oldum sənə bələd,Kantardan rast oldu yolu Məscidin.
Bayram gəlib hamı geyib zər-zibaBayram gəlib hamı geyib zər-ziba,Bizdə nə bez, qədək, nə şal da yoxdur.
Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsiVaqif**Ey Vidadi, sənin bu puç dünyada