Bağdadın libası al-əlvan olar,Baharı xoş keçər, qışı bilinməz.İldə bir neçə yol açılıb solar,Burda gül-çiçəyin yaşı bilinməz.

Yanvarda bu yerə düşsə bir qəribDeyər tale məni hara göndərib?Təbiət çöllərə bir xalı sərib,Torpağı, kəsəyi, daşı bilinməz.

Boldur narıngisi, gülöyşə narı,Uzanır şahildə xurma bağları,Mehriban Dəclənin axar-baxarıGözəldir – ayağı, başı bilinməz.

Gəzdim, ötüb keçdim dönə-dönə mən“Örtülü bazar”dan, “Açıq küçə”dən,Hər yan xəbər verdi “Min bir gecə”dən,Hardadır o quldurbaşı, bilinməz.

Bir qadın oxuyar hey yana-yanaBağdadın özüdür o kövrək ana!Ötən günlərini salıb yadınaAğlayar, gözünün yaşı bilinməz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets