Qəribə həqiqət
Gah coşar, gah susar, gah titrər səsi,Özü də sirlidir əməli kimi.Üzdə o mütilik mücəssəməsi,Arxada cəsarət heykəli kimi.
Özünə xoşdurmu öz aqibəti?İtən ləyaqətdir yaltaq xisləti.
Bəllidir, son hökmü ədalət verir,Xasiyyət qopmayır öz təməlindən.Dövran yaltaqlara var-dövlət verir,Fəqət mənliyini alır əlindən.
Yaltaqlıq üstündə ucalan ömür,Xalqın ürəyində lənətə dönür.
Yaşar səksəkəli, əsər ürəyi:"Başqası özünə birdən yer elər".Onunçun yaltaqlar, qorxaqlar təkiBir gündə min dəfə ölüb-dirilər.
Yaltaq yaltaqlara qəzəblə baxar,Göz qızdı, ömründə təhlükə bilməz.Yaltaq tikən evi —Yel asan yıxar.Yaltaq yıxan evi —el tikə bilməz.Yaltaq — göy çinaraçürük calaqdır.Yaltaq öləziyən qara çıraqdır.
Rütbəli kəslərlə xoşdur qılığı,Rütbəsiz kəslərə rişxəndlə gülər.Yaltağa uyanın peşmanlığıTərif şərbətindən doyanda gələr.
Bu bəlkə qəribə həqiqətdir ki,Sözü açıq dedin nifrətə dönür.Yaltaqlıq mənəvi bir rüşvətdir ki,Əvəzi min-milyon rüşvətə dönür....Gün batdı, qaraldı göy aram-aram,Ay da ki buludsuz havada parlar.Əcaib bir yuxu gördüm bu axşam,Gördüm ki, yaltağa heykəl qoyurlar.
Durdu başım üstə qapqara kölgə,Möhkəm basdırıldı torpağa heykəl."Dünyada heykəl var təlxəyə bəlkə,Qoy ilkin ucalsın yaltağa heykəl".
Eynək gözlərində, kitab əlindəO, birdən dayandı sual şəklində.
Axı ləyaqətdən məhrum oğullarƏyilib-əyilib donqar olurlar....Çığrışdı Xəzərdə ağ qağayılar,Oyandım...Ey yuxu,Ey kabus çəkil!Bu gün başdan aşır dərdlər, qayğılar,Gördüyüm yaxşı ki, həqiqət deyil.
Min tufan əssə də,Biz yenə varıq,Tutsun gur səsimizBütün aləmi.Allah, yad düşmənlə biz bacarırıq,"Doğma" düşmənlərdən qoru ölkəmi!
Oktyabr — noyabr, 1994
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-qeribe-heqiqet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Ver xəbər (Qaranı)Qul Qaranı:*Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.