Kirayənişin
Gözlənməz qonaq təkCahana gəldik,Göydə ulduz yandı,Səssiz — səmirsiz.Dünyada bir guşəKirayələdik.Dedik: — Nə gözəldirBizim evimiz.
Elə bil kədərlə,Qəmlə yaşıdıq.Kədərsiz sevinc yox,Əziz saxlayaq.Ağlayıb gəlmişdik,Ağlar yaşadıq.Macal olacaqmıSonda ağlayaq?
Atıldıq illərinQovğasına biz,Pay umduq cahanınSəxavətindən.Sandıq ki, ömrümüzBahasına biz,Çıxarıq dünyanınXəcalətindən.
Kim dedi: qapılarPulla açılar,Kim dedi: dünyayaÖzüməm şərik!Neçindir bu qədərAğrı-acılar?Lüt gəldik, eləcəLüt də gedirik.
Dünya ümman oldu,Bizsə tək ada.Yenə işıq saçdı,O, uzaq ulduz.Kirayə tutmuşduqBiz bu dünyada,Xərcini ödəyəBilmədik, əfsus!
Həyatın nifrəti,Məhəbbəti var.İllər yolumuzaGüllər sərəcək.Dünyanın nə böyükSəxavəti var.Bizə beş qarış daTorpaq verəcək.
Axacaq ulduzumZər tökə-tökə,Son gün son mənziləEnəcək bəlkə?
8 yanvar 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-kirayenisin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.
Müddəi qövlilə çün kim salmadın gözdən bəniMüddəi qövlilə çün kim salmadın gözdən bəni,Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,